Nazirdən dərs yükünün diaqnostika balına uyğun bölünməsinə münasibət

“Müəllimlərin dərs yükünün paylanmasının vahid qaydası yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bəzi müəllimlər bu və ya digər səbəbdən öz dərs saatlarını çox götürmək istəməyə bilərlər. Bu, normal prosesdir. O ki qaldı iki müəllimin eyni saatı istəməsinə, bu saatı onlar arasında bölmək həmişə problem yaradır: “Təbii ki hər şey eynidirsə, bizim yeganə müraciət edəcəyimiz ədalətli meyar məhz diaqnostika balıdır. Gələcəkdə sertifikasiya balı da əsas götürüləcək. Mən burada ədalətsiz heç bir şey görmürəm. Lakin “qanunidir” deyəndə, ən azından qeyri-qanuni də deyil. Burada kiminsə hüququ pozulmur. Məsələn, 10 saat dərs yükü varsa, hansı müəllimin balı çoxdursa, dərs yükünü ona vermək həm pedaqoji, həm də ədalətlilik baxımından doğrudur. Bununla bağlı başqa bir təklif varsa, biz həmin təkliflərə açığıq”.

Gülnar Əliyeva


Share: