Nazir və Rafael Fiziev Qurban Qurbanovla görüşdü — Video+Fotolar

 

Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycanın UFC-dəki təmsilçisi Rafael Fiziev “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, onlar Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Ağdam klubunun “Ferençvaroş”a qarşı keçirəcəyi matçdan öncə baş məşqçiyə uğurlar arzu edib.

Fiziev həmçinin azarkeşlərə də səslənib. O, stadionda “Qarabağ”a uğurlar, Qarabağ Azərbaycandır” sözləri ilə dəstəyini ifadə edib.

Share: