Nazir nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı tapşırıq verdi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 9 ayın yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda keçirilən Kollegiya iclasında paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlərin üzərində də dayanıb.

“Qafqazinfo” xəbər verir ki, nazir yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının və digər qanunazidd halların aradan qaldırılmasının, ümumən bu sahədə tədbirlərin gücləndirilməsinin zəruriliyinə toxunub.

Bundan başqa, DİN rəhbəri hərəkətin təhlükəsizliyinin təmini ilə əlaqədar qarşıda duran vəzifələri müəyyən edib və aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.


Share: