Nazarbayevin qardaşı oğlu şərti cəzaya məhkum edilib

Nazarbayevin qardaşı oğlu şərti cəzaya məhkum edilib.

-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Yanvar hadisələri ilə bağlı şərti cəzaya məhkum edilib.

Qazaxıstan mediasının yaydığı məlumata əsasən, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin keçmiş müavini Samat Abiş General rütbəsindən və dövlət mükafatlarından məhrum edilib, lakin əmlakı müsadirə edilməyib.

Məlum olub ki, Baş Prokurorluğun xüsusi prokurorları tərəfindən Yanvar hadisələri zamanı hakimiyyətin devrilməsi faktı ilə bağlı məhkəməyə qədər istintaq aparılıb.

Share: