Naxçıvanda yol qəzası zamanı üç nəfər xəsarət alıb

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Atatürk küçəsində qeydə alınıb.

Avtomobillərin toqquşması nəticəsində Naxçıvan şəhər sakinləri – 1972-ci il təvəllüdlü Əliyeva Leyla Qərib qızı, 1983-cü il təvəllüdlü Qurbanova Jale Qərib qızı və 1947-ci il təvəllüdlü Süleymanova Tamara Süleyman qızı xəsarət alıb.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Share: