Naxçıvanda taksi sürücüsü ailəsi ilə qəzaya düşdü: Ölənlərdən biri üç yaşındadır

Bu gün səhər saatlarında Babək rayonunun Cəhri qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Gülşənabad kəndinə gedən yolda, körpünün 230 metrliyində baş verib.

Qəzaya səbəb taksi xidməti göstərən “NAZ Lifan” markalı 75-TA-521 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Babək rayonunun Payız kənd sakini, 1968-ci il təvəllüdlü Kamil Alcəfərovun idarəetməni itirməsi olub.

Avtomobildə sürücünün öz ailə üzvlərindən ibarət beş nəfər olub. Onlardan həyat yoldaşı, 1969-cu il təvəllüdlü Alcəfərova Durna İbrahim qızı və nəvəsi, 2019-cu il təvəllüdlü Alcəfərov Ramil İsmayıl oğlu ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.

Sürücü isə xəstəxanaya yerləşdirilib. Qəza zamanı onun sol körpücük sümüyü sınıb. Digər sərnişinlər Alcəfərov Musa İsmayıl oğlu və Alcəfərov Asim Musa oğlu isə yüngül xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Share: