Naxçıvanda avtomobil dirəyə çırpılıb, daha sonra aşıb

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsində qeydə alınıb. 71-BA-213 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomobilin önünə piyada çıxdığından idarəetməni itirib. Yoldan çıxan maşın əvvəlcə işıq dirəyinə çırpılıb, daha sonra səkinin üstünə aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Share: