Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 9-da saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Share: