NATO-dan Türkiyəyə S-400-lə bağlı xəbərdarlıq

Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri Şimal Atlantik alyans ölkələrinin silahlarına ziddir.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Türkiyə KİV-i ABŞ-ın müdafiə naziri Ceyms Mettisə istinadla xəbər verir.

Bununla yanaşı, nazir Moskvada ZRK-nin alınmasını Ankaranın suveren qərarı olduğunu vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Çinin HQ-9 zenit raket komplekslərini almağa hazırlaşanda da alyans nümayəndələri bu ZRK-nin hərbi blokun silahlarına zidd olduğunu bildirmişdilər. Əvəzində ABŞ-ın “Patriot”unu seçməyi məsləhət görmüşdülər.

Share: