NATO Asiyada ilk əlaqə ofisini açır

NATO Yaponiyanın paytaxtı Tokioda ofis açır.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu, Asiya bölgəsi üçün ilk əlaqə ofisidir.

Ofis Yaponiya və Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi regiondakı əsas tərəfdaşlar ilə intensiv məsləhətləşmələr aparmağa şərait yaradacaq. 

Bildirilib ki, hazırda NATO və Yaponiya Fərdi Tərəfdaşlıq Planı imzalamağı planlaşdırırlar. Proqrama əsasən, hər iki ölkə kibertəhlükələrə qarşı mübarizədə əməkdaşlığı genişləndirəcək.


Share: