“Natiq Əliyev” gəmisi ilk səfərinə çıxdı

 Müstəqil.Az xəbər verir ki, azərbaycanlı iş adamı, “Palmali Şirkətlər Qrupu”nun prezidenti Mübariz Mənsimov yeni nəhəng gəmilərindən birinə Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin adını verib.

Polmali gəmiçilik firmasında çalışan azərbaycanl dənizçilərin Müstəqil.Az-a  verdiyi məlumatda  görə,  “Natiq Əliyev” gəmisi özünün ilk səfərinə çıxıb. Gəmi Dünyanın demək olar ki bütün iri su hövzələrində üzmək qüdrətinə malikdir. Arktika, Norveç, Kanadada ümumilikdə dünya sularında neft ve neft məhsulları daşıyacaaq. Gəmi xam neft daçşımasından əlavə eyni zamanda dah 3 növ yük daşıma qabiliyyətinə malikdir. Xatırladaq ki, “Natiq Əliyev” Arktikada buzlarda rahat hərəkət edə bilir.

Gəminin “kayut kompaniyasında” Natiq Əliyev güşəsi də var, orada mərhum nazirin fotoları, onunla bağlı kitablar yer alıb.

Xatırlatmaq yerinə düşər ki, noyabrın 23-də Natiq Əliyevin 70 illik yubileyidir. Gəmi mərhim nazirin doğum gününə xatirəsini əbədiləşdirmək üçün hədiyyə edilib.

Məlundur ki,  Gəmiçiliyin sahibi Mübariz Mənsimov gəminin bu adla istismara verildiyi təbdbirlə bağlı Natiq Əliyevlə yaxın dost olduğunu açıqlamışdı: “Bu gəmi  çox özəl bir gəmidir. Buzları belə qıraraq üzən gəmi… Dünya sularında olacaq və dostumun adını okeanlarda tanıdacaq. Natiq Əliyevi yalnız Azərbaycan deyil, bütün Türk dünyası itirdi. Mən isə ən yaxın dostumu…”

 


Müstəqil.Az

Share: