Narkotik qəbul edib avtobus sürən şəxs tutuldu — Bakı-Sumqayıt yolunda

Bakı-Sumqayıt yolunda narkotik vasitənin təsir altında marşrut xətti üzrə avtobus idarə edən şəxs saxlanılıb.

“Qafqazinfo” Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, Ekoloji Nəzarət Bölüyünün əməkdaşları narkotik maddənin təsiri altında avtobus idarə edən Həzrətquliyev Kənan Aftandil oğlunu saxlayıb. “İSUZU” markalı, 90-TV-781 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün sənədləri yoxlanılarkən sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı K.Həzrətquliyev narkotik maddə qəbul etməsi müəyyən edilib.

K.Həzrətquliyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.



Share: