Narkoman tutuquşular fermerlərə qan uddurur – HEYRƏTAMİZ GÖRÜNTÜLƏR + VİDEO

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, yalnız insanların deyil, quşların da narkotika asılılığı varmış.

Hindistanın Madhya Pradeş ştatındakı xaş-xaş əkən fermerlər plantasiyalarını gecə-gündüz opium asılılığı olan tutuquşuların hücumundan qorumağ məcbur olublar.

Nadir yağışlar, onsuz da əlverişsiz hava şəraiti xaş-xaş məhsuluna pis təsir göstərir, lakin fermerlər deyirlər ki, opium asılı tutuquşuların sayının artması ilə müqayisədə o qədər də böyük bədbəxtlik deyil. Qanadlı narkomanlar əkin sahəsinə gündəlik reydlər edərək məhsulu qarət etməklə vəziyyəti pisləşdirirlər.

Səsgücləndiricilər və partladıcılar quşları qorxuya salmalı olsalar da, səmərəsiz olub, hakimiyyət isə fermerlərin yalvarışına məhəl qoymadığından, fermerlər özləri plantasiyalarını, məhsulu qorumağa başlayıblar. Amma, quşlar buna məhəl qoymadan hər gün növbəti dozadan ötrü uçub gəlirlər.

“Bir xaşxaş çiçəyi təxminən 20-25 qram tiryək verir. Bu tiryəkli tutuquşular xaos yayırlar. Biz onları səsgücləndirici ilə qorxutmaq istədik, amma bir şey alınmadı.” – bir fermer şikayət edib.

Tutuquşuları tarlaya uçur, xaş-xaş kürəciyini dağıdır ki, toxumlara çata bilsinlər və gövdəni dişləyib məhsulu özləri götürüb başqa ağacın budağına qonur və orda ləzzətlə onu yeyir.

Bəzi məlumatlara görə, quşlar əkinçilərin diqqətini cəlb etməmək üçün əkin sahələrinə nə vaxt hücum edəcəklərini bilirlər.

Dr. R .S Çandavat deyir ki, haşhaş qəhvə və ya yaşıl çay kimi insanlara necə təsir edirsə, quşlara da xaş-xaş elə təsir edir və bir anın içində nəşə yaradır. Tutuquşular bir dəfə yeyəndən sonra, tiryəkdən tam asılı olurlar.

Share: