Naməlum şəxs Albaniyanın keçmiş prezidentini yumruqladı – VİDEO

Naməlum şəxs Avropa İttifaqı-Qərbi Balkan sammiti fonunda keçirilən etiraz aksiyası zamanı Albaniyanın keçmiş prezidenti və müxalif Demokrat Partiyasının lideri Sali Berişanın üzünə yumuruq vurub.

Kadrlarda müxalifətin nümayişinə rəhbərlik edən Berişanın hakimiyyətə qarşı etirazçılarla birlikdə addımladığı görünür. Qəfildən izdihamın arasından bir kişi ona tərəf qaçır və siyasətçiyə yumruq atır.

Məlumata görə, həmin şəxs Berişanın mühafizəçiləri tərəfindən tutularaq döyülüb.

Mənbə: lenta.ru

Share: