“Nadir Səlifovun ölüm fərmanı Rusiyada verilib”  

“Nadir Səlifovun qətlində mərhum Rövşən Lənkəranskinin adamlarının əli yoxdur. “Rövşənin qisası alındı” tipli iddialar puç və absurddur”.

Müstəqil.Az xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib. O, bildirib ki, ümumiyyətlə, Nadir Səlifovun qətli çox müəmmalıdır: ““Onu öz adamı güllələdi” versiyası primitivdir. Səlifovun ölüm fərmanı Rusiyada verilib”.

E. Alıoğlu deyib ki, Rövşən Canıyevi bilavasitə Merab Canqveladzenin göstərişi ilə güllələmişdilər: “Taro və Merab Canqveladze gizli şəkildə “Cemo” ləqəbli Camal Mikeladze ilə “Ded Xasan”nın, yəni Xasan Usoyanın qətlini təşkil etmişdilər. “Şakro Molodoy”, yəni Zaxari Kalaşov 2015-də həbsdən çıxandan az sonra Canqveladze ilə görüşmüş, Rövşənə veriləcək “cəza”nı müzakirə etmişdilər”.

Müstəqil.Az

Share: