Kapitan Sahman:  Dənizçi olmaq və dənizçi həyatı yaşamaq fərqli bir həyat tərzini yaşamaqdır

Müstəqil.Az saytının Dənizçilərə Sosial Dəstə İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı Səudiyyə Ərəbistanında şaləşam “Zamil -301 gəmisinin kapitanı Sahman Rüstəmovdur

Sahman Kapitan, hazırda Vətəndən uzaqdasız, necə hiss edirsiz özünüzü?

-2008ci ildən Səudiyyə Ərəbistanındayam.  Doğrusu ilk vaxtlar mənim üçün çox darıxdırıcı olub. Qərbisəmək hissləri olurdu, sonradan zaman keçdikcə adam  yavaş-yavaş qəribçiliyə də öyrənir. Hal hazırda Zamildeyem, Vətən üçün, ailəm, yaxınlarım, dostlarım üçün burnumun ucu göynəyir. Amma hal hazırda bizdən asılı olmayan səbəbdən evimizə getmək  qəlizləşib. İnşallah deyilənlərə inansaq sentyabır ayında Vətənə qayıtmaq  bəlkə gismət oldu.

-Bu bizim “Dənizçi həyatı “ adlı layihəmizdir. Həyatınızdan razısınızmı?

– Şükür allaha, həyatımdan narazı deyiləm. Həyatda heç vaxt naşükür olmamışam, nəyim olub, ona da şükür etmişəm. Dənizçi olmaq və dənizçi həyatı yaşamaq fərqli bir həyat tərzini yaşamaqdır. Bu mənim özümün seçdiyim həyatdır.

 -Sahman kapitan, dənizə qədər yolunuz haralardan keçdi, hardan gəldiz dənizə, bir sözlə özünüz haqda mümkünsə deyilsə məlumat verərdiz

– Şəmkirdə doğulmuşam.1977-ci ildə Şəmkir rayonunun Qaracəmirli kəndində orta məktəbi bitirdikdən sonra, Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin Gəmi Sürücülüyü fakultəsinə gəbul oldum.  – ildə oranı bitirib “KASPAR”a  “Sovet Özbəkistanə” bərəsinə matros kimi təyinat aldım. 1981-ci ildə XDND  keçmişəm. Burada işlədiyim  ilk gəmi “Çıraxqçay” gəmisi olub..

– Haızrda Xəzərdən çox-çox uzaqlardasız, bu uzaqlara gəlib çıxmaq üçün Xəzər dənizinə minnətdarlıq hisslərin varmı?

– Təbii ki.. “Kaspneftgazflota” minnetdaram. Mənim bu günki gündə əldə etdiklərim, qazandığım dostlar, təcrübə, sənətimə olan sevgini bu idarədə, XDND- də əldə etdiyimə görə

Təxminən 30-35 il öncəni xatırlayıram, Gənc kapitan idiz. İndi yaşınızın üstünə yaş gəlib. Qocalığı yaxın qoyursuz?

– Şair, hərr yaşın öz gözəlliyi var. 60 yaşımı burda,  Səudiyyə Ərəbistanında qarşıladım, inşallah gismət olar Bakıda da dostlarla tanışlarla geyd edərəm.

Bütün uğurlarınıza görə XDND dəyə minnətdar olduğunuzu dediz.  Dostlar, ailə üçün darıxdığınız dediz, bəs İdarəmiz üçün  darıxmırsız ki?

– Dostlarım dedikdə, qazandığım dostların çoxu bu idarədə olub. Demək idərəmiz üçün də darıxıram. Qismət olsa XDND-yə gayıtmag fikrim var, əlbbətə qəbul etsələr.

– XDND yadınızda necə qalıb, son illərin dəyişikliyini uzaqdan görmək çətin deyil ki.

-Bilirsiz, yaxşı xəbər də, pis xəbər də yüyrək olur. Bizim XDND-dən uzaq olduğumuz gün olur ki, Yaxşı xəbərlərə həmişə sevinmişik və sevinəcəyik də…

-Sahman bəy, qanlı 20 yanvar faciəsi zamanı səhv etmirəmsə “Atlet-6” -nın kapitanı idiz. O günləri necə xatırlayırsız?

– Qanlı 20 yanvarın xatirələrini, yaşadığımız anları bir iki kəlmə ilə yekunlaşdırmag olmaz.  Onu, gismət olar, Bakıya gələndə ətraflı danışarıg. O vaxtlar isə mən mən “Atlet-9” gəmisinin kapitanı idim.9 rəqəmi ilə 6 rəqəminin oxşarlığı səni çaşdırıb, deyəsən.

 

– Dənizçilərimizin 20 yanvar hadisəsi zamanı göstərdikləri qəhrəmanlıqkla bağlı səndəli filimlər şəkilib, kitablar yazılıb. İndi də bədii film çəkilir. Sizcə bütün bunlar hadisənin iştirakçılarına  doğun qiymət verirmi?

– Vallah bu agzı göyçələrin şərhini oxuyanda  adamın heç həvəsi də gəlmir nəsə danışsın. Dünən gaçıb gizlənən bu gün qəhrəman olmaq arzusuna düşür. Həqiqət ləyaqətli insanların qəlbində, yaddaşındadır. Sənin də əziyyətini qiymətləndirərəm. Kim nəyi bacarırsa onu da etməlidir ki, millətinizin, xalqımızın tarixinin səhifələrinə ləkə düşməsin.

Mənim haqqımda, 20 yanvar hadisələri zamanı kapitanı olduğuum gəminin heyyəti haqda daha yaxşı məlumat toplamaq  istəyirsinizsə Zingirov İlgardan, Zeynalov Yagubdan,  Səyyardan,  nə bilim “Atlet- 9 gəmisinin ovaxtkı heyyətindən soruşmaq olar.


– Sahman bəy, inşallah vətəndə görüşərik, müsahibəyə görə təşəkkür edirəm.

-Mən də sizə öz təşəkkürümü bildirirəm, İnşallah Bakıda görüşərik.

Söhbətləşdi: Faiq Balabəyli

Share: