“N.Paşinyan ya cəhətləri bilmir, ya da…” – siyasi şərhçidən maraqlı mövqe

Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri bir çox məqamları ilə yaddaqalan oldu.

Məlumdur ki, hələ Ermənistanda küçə inqilabı dövründə özünü ciddi-cəhdlə Qərbin adamı kimi göstərməyə çalışan N.Paşinyana İranda münasibət birmənalı deyildi. İrana səfəri çərçivəsində bu ölkənin rəsmilərini “erməni sədaqəti”nə inandırmağa çalışan N.Paşinyanın İrandakı erməni icmasına veridiyi sətiraltı mesaja AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə diqqət çəkib.

E.Kəlbizadə yazıb: “Əslində maraqlı sətiraltı mesajdır. İranda erməni icmasının nümayəndələri ilə görüşən Nikol Paşinyan deyib ki, “Bizim taleyimiz artıq Şərqdə, Şimalda və Cənubda deyil, öz əlimizdədir”. Sual: Şərq, Şimal, Cənub aydındır, bəs Qərb? Ya Paşinyan cəhətlərin 4 olduğunu bilmir, ya da İrana deyir ki, bizim taleyimiz daha Qərbin əlindədir”.

Müstəqil.Az

Share: