Nəsrin Cavadzadədən azərbaycanlı rejissora dəstək

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə rejissor Saida Haqverdiyevanın “Köhnə çamadanlar” filmi haqqında paylaşım edib.

Kulis.az xəbər verir ki, aktrisa filmin posterini və kinoteatrda yayımlanma zamanını qeyd edərək İnstaqramdakı hesabının hekayəsində paylaşıb. Bununla o, da rejissora dəstək olduğunu göstərib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” adlı tammetrajlı filmin premyerası bu ilin may ayında Nizami Kino Mərkəzində keçirilib.


Share: