Nəsiminin 650 illiyi münasibətilə çap olunan “Cahana sığmazam” adlı ədəbi almanaxın təqdimat mərasimi keçiriləcək.

“CAHANA SIĞMAZAM”
 
Bu yaxınlarda böyük Azərbaycan şairi,filosof,alim İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə“Cahana sığmazam” adlı ədəbi almanax işıq üzü görüb.
 
“Elm və təhsil” nəşriyyatında nəşr olunan poetik toplunun baş məsləhətçisi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca, redaktoru və tərtibçilər: AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, Prezident mükafatçısı, şair Balayar Sadiq və AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, şair Tahirə Məğrurdur.
Bu poeziya almanaxında müxtəlif ədəbi nəsillərin və çoxçeşidli ədəbi-bədii düşüncəyə malik qələm sahiblərinin şeirləri toplanıb. İnanırıq ki, poeziyaseverlər və ədəbi ictimaiyyət poetik toplunu “Nəsimi ili”nə ədəbi töhfə kimi qarşılayacaq.
Qeyd edirik ki, 20 may 2019-cu ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Nəsimi ili” münasibətilə çap olunmuş ədəbi almanaxın təqdimatı keçiriləcək. Ədəbi ictimaiyyət və poeziyasevərlər dəvətlidir.
Müstəqil.Az
Share: