Nəsimini “oynadanlar” və “oynayanlar”…- Rahid Vahidoğlu yazır…

QAYDASIZ DÖYÜŞÜNDƏ QAYDALARI VAR…

 Ölkə rəhbəri cənab İlham Əliyevin sərəncamı ilə 2019-cu il NƏSİMİ İLİ elan olundu. Bu sərəncama sevinsəkdə sevincimizi boğazımızda qoydular. Müğənni Afət Fərmanqızı dilçilərin, filoloqların anlamaq cəhətdən cəhətdən ehtiyatla yanaşdıqları Nəsimi qələminə çox böyük hörmətsizlik etdi.
Dünyaya irs olan Nəsimi qələmini təhqir edərək toy ritmində bəsdələdərək oxumaqdan çəkinmədi. Hamımıza məlum ki, bugün incəsənət sahəsi tamamən nəzarətsiz vəziyyətdədir. İncəsənət nəzarətsiz vəziyyətdə olsa da , bəs insanın özü öz vicdanına nəzarətsiz qaldı? Ən təsirli tərəfi budur ki, Afət Fərmanqızına etdiyi bu səhfə görə irad bildirənlərə Afət xanımın cavabı ancaq təhqir olur.
Nəsimi təhqir edən Afət xanım Nəsimi sevərləridə təhqir etməkdən çəkinmir. Azadlıq və özbaşınalıq tamam fərli yollardır. Qaydasız döyüşün belə qaydaları var. Bəli! Azadlığında qaydaları var. Əgər qaydaları yoxdursa demək ki, bu azadlıq yox ÖZBAŞINALIQDIR. Mənfur qonşularımız, tarixən həm maddi , həm mənəvi düşmənimiz olan, fürsət düşdükcə maddi və mənəvi dəyərlərimizi oğurlayan ermənilərin əlinə fürsət verməklə Afət Fərmanqızı kimilər dəyərlərimizi tapdalamaqla nəinki, Nəsimini mən deyərdim bütün Azərbaycan ədəbiyyatını , hətta Azərbaycan xalqını tapdalamış oldu. Məsələ burasındadır ki, bu təhqirə hələki , Milli Elmlər Akademiyası, Milli Məclisin üzvləri iki kəlmə sözlədə olsa reaksiya vermirlər. Çünki Afət Fərmanqızının bu addımı birbaşa cənab prezidentin sərəncamına hörmətsizliyi açıq aydın ortadadı.
Cənab prezidentin sərəncamına , Azərbaycan xalqının, Azərbaycan ədəbiyyatının dəyərli incisinə bu dərəcədə aşağılayıcı həddə hörmətsizlik olan bu məsələyə biz lazımı reaksiyanı məhz rəsmi orqanlardan gözləyirik. Toy ritmində bəsdələnib oxunan bu “mahnı” az zaman keçməz toylarımızın “əvəzedilməz” mahnısı olar ki, toylarda qol qaldırıb Nəsimiyə “oynayanlar” saysız dərəcədə çoxalar.
Və biz oynaya-oynaya dəyərlərimizi mənfur düşmənlərimizə oğurladarıq. Afət Fərmanqızı iddia edir ki, dahi Nəsimi yuxusuna girərək Afət xanıma tövsiyyə edib bu “mahnını”. Nədənsə buna heç inanmağım gəlmədi. Amma əminəm ki, bu “mahnıdan” sonra uzaq Hələbdə məzarında sızıldayan dahi Nəsimi Afət xanımın yuxusuna girərək boynu bükük dayanır. Sual dolu baxışlarla Afət xanımın olmayan vicdanının sızıldamadığını soruşar ….. Çox güman ki, Afət xanım bu yazımızdan sonra bizidə öz səviyyəsinə uyğun təhqir edəcək. Çünki bütün irad və tənqidlərə Afət xanımın cavabı məhz öz səviyyəsinə uyğun olaraq təhqirlər olur.
Rahid Vahidoğlu

 

Share: