Nəsimidə şəhid ailələri ziyarət olundu — Fotolar

31 dekabr- Dünya Azərbaycanlılaların Həmrəyliyi günü və yeni il bayramı münasibəti ilə Nəsimi rayonu ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri rayon icra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara maddi yardım və bayram sovqatları çatdırılıb.

“Qafqazinfo” xəbər verir ki, ziyarət zamanı Vətən müharibəsi şəhid ailələrinin üzvləri öz arzu və istəklərini bildiriblər. 

Qeyd edək ki, Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, yüksək diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.


Share: