Nəsimi rayonunda Bilik Günü qeyd olundu — Fotolar

Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr – Bilik Günü Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılıb, yeni dərs ilinin ilk günü üçün rəngarəng və maraqlı tədbirlər hazırlanıb.

Keçirilən tədbirlərdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi və RİH Aparatının məsul əməkdaşları edib.

Qeyd olunub ki, son illər ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrinin əsaslı təmiri böyük vüsət alıb. Prezident İlham Əliyevin imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən Nəsimi rayonundakı orta və məktəbəqədər təhsil müəssisələrinin də böyük əksəriyyəti əsaslı təmir olunub. Rayon məktəblərində təhsilin səviyyəsi, şagirdlərin biliklərə yiyələnməsi üçün yaradılan şərait diqqət mərkəzindədir. Görülən işlərin nəticəsidir ki, rayon təhsil müəssisələrinin uğurları artır, məzunlarımızın ali məktəblərə daxil olma göstəriciləri ildən-ilə çoxalır.

Nəsimi rayon məktəblərində keçirilən tədbirlərdə şagirdlərin hazırladıqları bədii kompozisiyalar, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayiət olunub.


Share: