Son xəbərlər

replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

Nərimanov rayonunda “Fenomen” kitabının təqdimatı keçirildi – FOTOLAR

Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan Vətən müharibəsində qazanılan böyük Zəfərə həsr olunmuş “Fenomen” kitabının təqdimatı keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Nərimanov rayon rəhbərliyi, Milli Məclisin deputatları, tanınmış politoloqlar, incəsənət xadimləri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə “Fenomen” kitabına həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Qarabağ Zəfərinin unikallığı, tarixdə şəxsiyyətin rolunun əhəmiyyəti, Prezident İlham Əliyev fenomeninin tariximizdə və taleyimizdəki önəmindən danışıb, tarixin mürəkkəb bir dönəmində qazanılan parlaq Zəfərin nəinki Azərbaycan, həmçinin dünya hərb və diplomatiya tarixinin ən unikal hadisələrindən biri olduğunu bildirib.

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev çıxışında Ermənistanın torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində sülhün qarşısında əngəl olmaqla yanaşı, təxribatlara davam etdiyini, sülh sazişinin əsas elementləri üzrə birgə razılığın əldə olunmasına az qalmış Ermənistanın hər zaman bundan yayındığını və dekonstruktiv mövqe sərgilədiyini vurğulayıb. O, 2020-ci ilə qədər münaqişənin dondurulmasına və unudulmasına çalışan ermənilərin atdıqları addımların əsas məqsədinin Qarabağ məsələsini gündəlikdən çıxarmaq olduğunu deyib. Lakin Ermənistanın bu səylərinin də nəticəsiz qaldığı, nəyi nə vaxt və necə etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan Qələbənin dövlətimizin və Ordumuzun gücünün dünyaya nümayişinin əyani nəticəsi olduğunu diqqətə çatdırıb.

Digər çıxış edənlər bildiriblər ki, kitabda Vətən müharibəsi zamanı baş verən hadisələr çox orijinal üslubda – dünya tarixindən gətirilən paralellər vasitəsilə oxucuya çatdırılır. Mühüm tarixi faktların və təhlillərin yer aldığı nəfis tərtibata malik “Fenomen” kitabının ictimaiyyət tərəfindən böyük maraqla qarşılanacağı diqqətə çatdırılıb.

Tədbir bədii hissə ilə yekunlaşıb.

  • Nərimanov rayonunda “Fenomen” kitabının təqdimatı keçirildi - FOTOLAR
  • Nərimanov rayonunda “Fenomen” kitabının təqdimatı keçirildi - FOTOLAR
  • Nərimanov rayonunda “Fenomen” kitabının təqdimatı keçirildi - FOTOLAR
  • Nərimanov rayonunda “Fenomen” kitabının təqdimatı keçirildi - FOTOLAR
  • Nərimanov rayonunda “Fenomen” kitabının təqdimatı keçirildi - FOTOLAR
Share:

seo