…Nənəm Qarabağdakı  Novruzundan danışar

(Mina Rəşidin uşaq şeirləri)

 

NOVRUZ BAYRAMI

 

Bayramların içində

Biri var o ayrıdır.

Biz onu çox sevirik

O Novruz bayramıdır.

 

Bəzəkli yumurtalar

Döyüşə hazır olar.

Tonqalların üstündən

Ən qoçaqlar atlanar.

 

Stolun üstündəki

Səmənidir ən uca.

Şəkərbura, paxlava,

Şirni, noğul bolluca.

 

Qızlar qapı yanında

Qulaqlarını tutar.

Qonşular qoz-fındığı

Papaqlara doldurar.

 

…Nənəm Qarabağdakı

Novruzundan danışar.

Susar bütün uşaqlar

Qəlbimizdə bir həsrət

Tonqal kimi alışar.

 

XOCALI

 

Xocalı qan ağlayır,

Ürəyimi dağlayır.

Qərənfil də bizimtək

Dərd çəkir, yas saxlayır.

 

Amma biz ağlamaqla

Bu dərd sağalan deyil.

Xocalını almasaq

Bir də doğulan deyil!

 

Share: