Nə sən məni tam anladın, Nə mən səni tamamladım…..

Kəmalə MƏCİDOVANIN yeni şeirləri

Xəyalların tozun silib,
Çözələrsən yaddaşında
Donub qalmış xatirəni,
Yarım qalmış hekayəni
Düşünərsən….
Ömür adlı yolculuqda
Çox hekayə heç bitməmiş,
Çox ürəklər yalqız qalmış…
Bu səbəbdən
Yarım qalmış xəyallarla, arzularla
Bütöv ömür yaşamamız çətinləşdi.
Ona görə yarımçıqdı sevgilər də,
Ona görə tam olmadı xoşbəxtliklər…
O üzdəndir qəlbimizin ağrısı da,
O üzdəndir yara almış sevdaların yanğısı da.
Ona görə həyat adlı okeanın ortasında
Tale adlı çox gəmilər azıb qaldı, limanına çatammadı.

Neçə cümlə əskik qaldı,
Yarım qalan o kəlmələr,
Kim gəlsə də ömrümüzə
O gələnə söylənmədi.
İndi sənə nə söyləyim,
Nə gəlməsi mümkün olan “yad” ım mənim,
Nə ruhumun özəyindən qoparıb ata bildiyim “doğma” adam.
İndi sənə nə söyləyim, bilmirəm ki,
Başlayıb bitirmədiyim, yarım qalan hekayəmin əskik yanı….
Bildiyim tək həqiqətim-
Nə sən məni tam anladın,
Nə mən səni tamamladım…..

*****

Necə gəldi,necə keçdi bu illər,
Getdi yazım, bir də gördüm ayazdı.
Heç bitməyən qayğılardan yoruldum,
Bunca yükü kürəyimə kim yazdı?

Bir canla yüz yerə bölündüm çox vaxt,
Bəzən həyat yordu, bəzən insanlar.
Qəlb gözü kor olan biganələrdən,
Qaçmaq istəmişəm bəzi zamanlar.

Qadın dediyiniz bu zəif məxluq,
Çiynində bir ömrün yükün daşıyar.
Yaşamaqçün bir ömür verilsə də,
Bir ömürdə neçə ömür yaşayar.
Adayar ömrünü sevdiklərinə,
Bircə öz ömrünü yaşamaz qadın…

Payız gəldi,yenə yarpaqlar soldu. (foto & video) » Qadınla.Com - Qadınlar Birİncidir!

******

Illər sonra yenə çıxdın qarşıma,
Ömrümə gəlməyə geciksən də sən.
Həmin zəriflikdə, həmin duruşda,
Eşqimi könlündə bitirməmisən.

Titrətdi ruhumu toxunuşların,
Axdı gözlərindən qəlbimə sevgi.
Yenidən ömrümə gətirdin yazı,
Ay həsrət əlimin çiçək çələngi.

Gəlsən də ömrümün payız fəslinə,
Sən mənim ömrümün yaz tərəfisən.
Tanıdıqca məni, çözdükcə məni,
Məni əvvəlkindən çox sevəsisən
Mən yaza vurğunam, bahar qadınam…

Payız Şəkilləri - xeberler

*****

Gündüzləri birtəhər başa vura bilirəm,
Gecələri özümü xəyalından asıram.
Qısılıb sənsizliyin qəlbüşüdən küncünə,
Səninlə danışıram, sənsizlikdən susuram.

Necə təsəlli verim, söz keçirim qəlbimə,
Qırılan ümidlərin yapışım harasından?
Ümman boyda gəlmişdin təlatümlü ömrümə,
Damla-damla düşürsən gözümün qarasından.

Hər vüsal nəğməsinin bir də həsrət notu var,
Astaca pıçıldayar ayrılıq nəqarətin.
Sehrli xəyal kimi keçdin ömür səhifəmdən,
Ruhuma duman-duman çökdü sənin həsrətin.

Payıza aid şeirlər - oxubil.info

****
Nə gəldisə başımıza,
Atdıq qismətin üstünə.
Çatdıdımız ocaqların
Qızınmadıq istisinə,
Kor olduq tüstüsünə.

Nə bizdən yarıdılar,
Nə biz yardan yarıdıq.
Basımızı qatmaq üçün
Ömrümüzə
Xatirələr sırıdıq
Bir də gördük saç ağardı
Bir də gördük qarıdıq.

Bəxt paylanan zamanda,
Bizə bəxti kim yazdı?
Taleyimin üzərindən
Bir yel əsdi.
Bir də onda ayıldım ki,
Ömür keçdi, gün keçd

Share: