“Müsyo Jordan və Dərviş Məstəli Şah” komediyası da Sumqayıt teatrının repertuarında…

Mirzə Fətəli Axundov yaradıcılığı bütün dövrlərdə səhnə üçün xüsusi maraq kəsb edib.

Mütəfəkkir dramaturqun komediyalarındakı dramaturji material rejissora maraqlı yozum, aktyora çeşidli improvizə imkanı verib.

Müstəqil.Az-a  Sumqayıt Dövlət Dram Teatrındana verilən məlumata görə  bu teatrda  dəfələrlə Axundov yaradıcılığna  müraciət edilib və bir çox beynəlxalq festivallarda uğur qazanılıb.

Məhz ona görə də “Müsyo Jordan və Dərviş Məstəli Şah” komediyası da Sumqayıt teatrının repertuarında önəmli yer tutur.

Azərbaycan  peşəkar milli teatrının 150 illiyi çərçivəsində, habelə Sumqayıt Dövlət Dram Teatrının 55 illiyi münasibətilə Firudin Məhərrəmovun  quruluş verdiyi “Müsyo Jordan və Dərviş Məstəli Şah” komediyası martın 14-də yenidən tamaşaçılara təqdim ediləcək.

Leyla EYNULLAYEVA

Share: