Müstəqilliyimizin övladları…

Müstəqilliyimizin övladları…

1991-ci il Bakı üçün Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi və Sovet hakimiyyətinin rəsmən süqut etdiyi tarixi bir il olub. Həmin il avqustun 30-da Ali Sovet Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul olundu.

Oktyabrın 18-də isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilən tarixi sənəd- “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Sentyabr ayında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi yenidən gündəmə gəldi. Dekabrın 29-da isə referendum keçirilərək, xalq mütləq səs çoxluğu ilə dövlət müstəqilliyini dəstəklədi. Və 1991-ci ilin dekabr ayında SSRİ rəsmi olaraq süqut etdi. Bununla da Bakı müstəqil Azərbaycan Respublikasının paytaxtı statusuna qovuşdu…
Bəli, belə bir rəngarəng və həlledici ildə Bakıda, Məzlumağa kişinin şəcərəsində bir nəvəsi də artdı. Adını Qorqud qoydular. Körpə Qorqud illərin qanadında ayaq tutub yeridi, dil açıb danışdı, böyüyüb böyük kişi oldu və atasının yolunu seçdi. Atası Sabir Abdinov uzun illər prokurorluq orqanlarında çalışıb. Rayon prokuroru vəzifəsinədək yüksələ bilib. Hazırda vəkillik fəaliyyəti ilə məşğul olur. Həm də ölkədə şeirlərinə ən çox mahnılar bəstələnən şairlərdən biridir…
Qorqud Abdinli 1991-ci ilin iyun ayının 25-də Bakıda anadan olub. Həmin gün həftənin ikinci gününə, yəni çərşənbə axşamına təsadüf edir. Astroloji inancına görə, çərşənbə axşamı günü dünyaya gələnlər Mars planetinin təsiri altında olurlar. Onlar yüksək fiziki enerjiyə, cəsarətə və döyüşkən xarakterə sahibdirlər. Hədəflərinə doğru irəliləməkdən qorxmayan, özünə inamlı və məqsədyönlü şəxsiyyətlər kimi tanınırlar. Təbii ki, bu xüsusiyyətlər Qorqudda da var. Elə buna görə də çətinliklərdən çəkinmir və risk etməyi sevir. Fikirlərini birbaşa ifadə etməkdən xoşu gəlir. Ailəyə və yaxın dostlarına çox bağlıdır. Sevdiklərini hər cür təhlükədən qorumaq üçün mübarizə aparmağa həmişə hazırdır. Duyğuları hərəkətverici qüvvə olsa da, hədəflərinə çatmaq üçün adətən məntiqdən məharətlə istifadə edir…
…Goranboy rayon prokurorluğunda böyük müstəntiq vəzifəsində çalışır. Apardığı bütün işlərdə ədalətin tərəfində dayanmağı özünə borc bilir. Qorqud Abdinli başqa cür ola da bilməz. Rəhmətlik babası Məzlumağa kişi haqqında atam mənə çox danışıb. Deyirdi ki, halal adamdı, heç vaxt haram tikəni süfrəsinə yaxın buraxmır. Elə atası Sabir də prokurorluq orqanlarında çalışan təmənnasız prokurorlardan biri kimi tanınır. Nə olsun ki, təqaüddədir hələ də hörmətini saxlayanlar var…
Nə isə, iyunun 25-i Qorqud Abdinlinin 35 yaşı tamam olur. 35 yaş ömrün ən gözəl çağı deməkdir. Bu rəqəm, mələklərin numerologiya sistemində yaradıcılıq, sərbəstlik və dəyişikliyi ifadə edir. İnsanın özünü ifadə etmə bacarığı ilə yeni imkanlara və azadlığa can atmasını söyləyir. Həyatda baş verən müsbət dəyişiklikləri, çətinliklərə asanlıqla uyğunlaşmağı və transformasiyanı önə çıxarır. İntuisiyanı, ünsiyyətcilliyi və işində qazanılan uğuru birləşdirir. Bəzi inanc və təlimlərdə isə bu rəqəm mələklərin adama doğru yolda olduğunu və qərarlarına dəstək göstərdiyini xatırladan bir mesaj kimi də qəbul edilir. Bütün bunları nəzərə alanda, adamın Qorqud Abdinliyə paxıllığı tutur. Kaş mən də müstəqilliyimizin yaşıdı olaydım, kaş mənim də yenidən 35 yaşım olaydı…
Qorqudu təbrik edirəm, həyatda və işində uğurlar arzulayıram. Yeni yaşı mübarək olsun!..
Hörmətlə, Elman Eldaroğlu
Share: