Musa Yaqub: “O bəyanatı adımdan yazıblar”

  Sosial şəbəkələrdə görkəmli şair Musa Yaqubun Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla bağlı açıqlaması yayılıb.

Guya Musa Yaqub iddia edib ki, xəstəliyiylə bağlı Anardan kömək istəyib, o etməyib. Gənc yazıçı Ömər Xəyyam ustad şairin Buynuz kəndindəki evində olub. Musa Yaqubla görüşən Ömər Xəyyamdan  AYB.az üçün açıqlama istədik.

 

Gənc yazıçı bildirdi ki, yayılmış məlumatlarla bağlı Musa Yaqubdan münasibət öyrənib: “Novruzda gördüyümə görə xeyli yaxşılaşıb. Arabir təngnəfəs olur, o da ki, yaşın, iynə-dərmanın təsirləridi. Anardan narazılıq etmədi, dedi, ümumiyyətlə, o bəyanatı adımdan yazıblar”.

 

Müstəqil.AZ

Share: