Müsəlmanlar Nyu-York küçələrində asayişə nəzarət etməyə başladı- Gözlənilməz-FOTOLAR…

ABŞ-ın Nyu-York şəhərinin müsəlman birliyi  küçələrdə təhlükəsizliyi nəzarət altına almağa qərar verib.

Moderator.az xəbər verir ki,  bu haqda “Nyu-York Tayms”(“The New York Times”) qəzeti məlumat yayıb.  Xəbərdə deyilir ki, “Müsəlman ictimai patrulu” özəl layihəsi ötən ildən meydana çıxıb. Yerli əhalinin sözlərinə görə,  mavi üfüqi zolaqlı “Ford” avtomobilləri  şəhərin ən narahat məhəllələrini gəzir  və polisə qayda-qanuna nəzarət etməkdə kömək edir. Çoxları müsəlman fəallara təşəkkür edir, bəzilərinin isə  könüllülərin bu davranışları ürəyincə deyil.

Bruklin məhəlləsində yaşayan 38 yaşlı Əli daim dörd övladıının təhlükəsizliyi barədə düşünür. 1990-cı ildə Yəməndən Birləşmiş Ştatlara köçən bu müsəlman bir müddət  sonra öz dindaşlarının müdafiəsinə qalxacağını vəd edib. Beləliklə,  Əli  30 nəfərdən ibarət könüllü qrupun ilk  üzvlərindən olub.

“Bu yaxınlarda Nyu-Yorkun 72-ci polis bölməsinin növbətçi zabitlərinin rəhbərliyi altında müsəlman qrupu təlimlərə başlayıb” -deyə Amerika nəşri yazır.  “Əvvəlcə reaksiya kəskin oldu. Hətta müsəlman icmasının bəzi üzvləri arasında da bu təşəbbüsə müsbət yanaşmayanlar vardı. Amma sonradan hər kəs buna alışdı. Diqqətəlayiqdir ki, silahsız fəallar şəhərin qonaqlarına tərcümə xidmətləri də təklif edir. Çünki könüllülər ərəb, fars və digər Şərq dillərində sərbəst danışırlar. Onlar şərqlilərin adət-ənənəsi ilə bağlı bəzi  nüansları polisdən daha yaxşı anlayırlar. Eləcə də müsəlman fəallar  yol qəzalarına reaksiya verir və hətta itkin düşmüş insanları axtarmağa kömək edirlər”.

P.S. Müsəlmanları yalnız “ekstremist”, “terrorçu” cildində görənlər bundan nəticə çıxarsınlar…

Müstəqil.Az

Share: