Müsəlman sürücü 1 milyon pulu və bank kartlarını sahibinə qaytardı-İbrətamiz…- VİDEO

Moskvada taksi sürücüsü  kimi çalışan bir Qırğızıstan vətəndaşı  avtomobilində unudulmuş və 1 milyon rublu, üstəlik, pasport və bank kartlarını sahibinə qaytarıb.

Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki,  maraqlı olay barədə “RENTV” süjet yayımlayıb. Gözlənilmədən  çantasını geri alan qadın sürücüyə təşəkkür edib və  onun valideynlərinə dərin minnətdarlıq dolu video-müraciət ünvanlayıb.  O, bildirib ki, qırğız sürücü  pul, sənəd dolu çantasını qaytarmaqdan əlavə, həm də onu pulsuz aeroporta aparıb.

Taksi sürücüsünün 27 yaşındakı Nursultan Qaynazarov olduğu bilinib. Gənc adam 20 fevral gecəsi Domodedovo hava limanından bir qadını şəhərə gətirdikdən yalnız  12 saat sonra   maşınında çanta qaldığını görüb.  Müsəlman sürücü  çantadakı pulların onun üçün haram olmasından əlavə, həm də onları qəsb edəcəyi təqdirdə bütün qırğız xalqına ləkə gətirəcəyini düşünüb. Odur ki, necə olursa-olsun, çantanı sahibini tapmağa qərar verib. Mahaçqaladan olan qadın öz video-müraciətində Nursultanın valideynlərini Dağıstana qonaq dəvət edib.

Müstəqil.Az

Share: