Müsəlman gənc həyatını təhlükəyə ataraq rus qızını yanğından xilas etdi- FOTOLAR+VİDEO

Rusiya mediasında qandonduran  video-görüntülər   yayılıb.
Moderator.az yerli saytlara istinadla xəbər verir ki, söhbət   bir müsəlman gəncin  Nijnevartovsk şəhərindəki binalardan birindəki  yanğın zamanı ev sahibini çox təhlükəli şəraitdə qəhrəmancasına xilas etməsindən gedir. Bu haqda süjet Rusiyanın “1-ci kanalı”nda da yayımlanıb.
Kadrlarda qızın qara tüstünün qalxdığı 6-cı mərtəbədəki mənzilin pəncərəsindən kömək üçün necə fəryad etdiyi görünür… Ona köməyə gələn qəhrəman təsadüfən şəhərdə yolüstü dayanan Dağıstan sakini 29 yaşlı Əli Ömərov olub.  O, yanğını görən kimi tərəddüd etmədən dərhal binaya qalxıb.  4 uşaq atası olan Əli öz həyatını təhlükə altına qoyaraq  bir mərtəbə yuxarıda yerləşən mənzilin pəncərəsindən aşağı əyilməklə  qızın  əlindən yapışıb. Qızın yüksəklikdən asılı qaldığı anlarda  binanın qarşısında toplanan izdiham sanki nəfəsini saxlayıb. Xoşbəxtlikdən xilasetmə əməliyyatı uğurla başa çatıb  və qız xəstəxanaya yerləşdiriib. Onun həyatı üçün təhlükə yoxdur.
Rusiyadakı müsəlmanlar, o cümlədən azərbaycanlılar tərəfindən yerli əhaliyə qarşı bu cür fədakar davranışlara çox rast gəlinir.
Xatırladaq ki, ötən həftə Moderator.az Tacikistandan olan əmək mühaciri Bahrom Qulomkadırovun Moskvada intihara cəhd edən məktəblini xilas etməsindən də yazıb.
Müstəqil.Az

Share: