Murad Musayev: “Beşiktaş”la oyun aprelin sonlarında olacaq”

“Klub rəhbərliyi “Beşiktaş”la danışıqlar aparır. Oyun çox güman ki, aprelin sonlarında olacaq”.

“Report”un məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Bakıda Türkiyə “Beşiktaş”ına qarşı keçirilməsi nəzərdə tutulan xeyriyyə matçı barədə “CBC Sport”a açıqlamasında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, milli komandaların matçları ilə bağlı yaranan fasilə zamanı belə bir oyun oynamağa hazır deyillər:

“Çünki çox futbolçumuz yığmalara gedəcək. Hər halda bu cür görüşü əsas heyətlə keçirmək istərdik”.

Qeyd edək ki, daha əvvəl “Qarabağ” martın 26-da Bakı Olimpiya Stadionunda “Qalatasaray”la yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb. Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Share: