Müharibə Ukraynaya bu qədər ziyan vurdu — Məbləğ açıqlandı

“Hərbi əməliyyatlar başlayandan ölkə iqtisadiyyatına dəyən ziyan iyunun əvvəlində 350 milyard dollar idisə, indi 700 milyard dolları ötür”.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.

O bildirib ki, hazırda Ukraynada Dünya Bankı ilə birlikdə bərpa üçün ehtiyacların yoxlanılması planlaşdırılır:

“Buna görə 2023-cü ilin dövlət büdcəsində binaların, mühüm infrastruktur obyektlərinin tikintisi və təmiri, müvəqqəti məcburi köçkünlərin mənzillə təminatı üçün 966 milyon dollar nəzərdə tutulub”.


Share: