Müğənninin cəsədi Türkiyədə tapıldı – Bakıya gəldiyi ehtimal edilirdi

İyunun 22-də Antalyanın Kaş rayonunda itən türkiyəli müğənni Metin Korun cəsədi tapılıb.

7 gündür axtarılan sənətçinin meyiti Gömbe yaylasında qurduğu kampdan təxminən 500 metr yuxarıda, qayalıq ərazidə aşkarlanıb.

Bədənində yara izləri olan 43 yaşlı Korun qayalıqlardan düşüb öldüyü ehtimal olunur.

Qeyd edək ki, aparıcı Elgiz Əkbər “Qafqazinfo”ya açıqlamasında M. Korun Azərbaycana gəldiyinin ehtimal edildiyini bildirmişdi: “Bir neçə il bundan əvvəl İstanbulda aktyorluqla bağlı kursa getmişdim. Orada bir nəfərlə tanış olub, dostlaşdıq. Mənə məlumat göndərdi ki, Metin Kor hər dəfə danışırdı ki, Türkiyədə ona qiymət vermirlər, Bakıya gələcək. Musiqiçinin valideynləri də ehtimal edir ki, hansısa yolla Bakıya gəlib”. (Qafqazinfo)


Share: