Ərdoğanın Bakı səfərində nələr müzakirə ediləcək?

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 10-da Azərbaycana səfəri gözlənilir. Moderator.az-a açıqlamasında məlum səfəri şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin və Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu kimi səfərlərin iki ölkə arasındakı münasibətlərin dərinləşməsində mühüm rol oynadığını vurğuladı:

“Həm Türkiyə, həm də Azərbaycanda gözəl bir ənənə yaranıb. Bu ənənənin də mahiyyəti bundan ibarətdir ki, hər iki ölkədə prezident seçkilərindən sonra seçilən ölkə başçısı ilk səfərini qardaş ölkəyə edir.

Azərbaycanla-Türkiyə arasında strateji əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Əlaqələrin davamlı şəkildə genişləndirilməsi hər zaman iki dövlət arasında müzakirə edilən başlıca mövzulardan biridir. Bu kəs isə əlavə olaraq iki mövzunun da gündəmə gələcəyini ehtimal edirəm. Azərbaycan tərəfi çox istərdi ki, Ərdoğan Qarabağ məsələsini Rusiya qarşısında qaldırsın. İkincisi, Türkmənistanla Azərbaycana arasında Xəzərin dibi ilə boru xəttinin çəkilməsi prosesi gündəmdədir. Bunu Ərdoğan da arzulayır və bu, Azərbaycanın da marağına uyğundur. Bu iki məsələnin Bakı görüşündə gündəmə gəlməsi mümkündür”.

Müstəqil.Az

Share: