Ən faydalı detoks – Gecələr içməyin

Artıq çəki problemindən əziyyət çəkənlər dietik məhsullara, qidalara və çaylara üstünlük verirlər. Müstəqil.Az Publika.az -a istinadla faydalı, və arıqlamaq üçün möcüzəvi çay reseptini təqdim edir.

Bu çayı gün ərzində bir neçə dəfə içmək tövsiyyə olunur. Ancaq yatmazdan əvvəl onu içmək məsləhət deyil. Çünki, zəncəfil enerji gətirən bitkidir, yaşıl çay isə sidikqovucu təsirə malikdir. Bu çay arzuolunmaz çəkini azaldır, avitaminozu aradan qaldırır, immuniteti yüksəldir, eləcə də bütün günü özünüzü gumrah hiss etməyinizə səbəb olur.

Tərkibi:

1,5 l qaynar su

2 xörək qaşığı iri kəsilmiş təzə zəncəfil

1 desert qaşığı yarpaq yaşıl çay

2 xörək qaşığı təzə sıxılmış limon şirəsi

1 desert qaşığı xalis bal

Zövqə görə nanə yarpağı, lakin o zəncəfilin təsirini azaldır.

Hazırlanma qaydası:

Öncə zəncəfili iri doğrayın. Termosda bütün inqridiyentləri qarışdırın, üzərinə qaynar su tökün. Termosu möhkəm bağlayın və qarışdırın. 30 dəqiqə kənarda dəmlənməsi üçün saxlayın. Çay hazırdır.

 

Müstəqil.Az

Share: