Müğənni Emil Bədəlovla aparıcı Anar uzun illər niyə küsülü olub?-Səbəb…-VİDEO,FOTO

Müstəqil.Az bildirir ki, “Space” telekanalının  “Hər səhər” verilişinin bu günkü buraxılışı da hər zaman olduğu kimi maraqlı anlarla yadda qalıb.

Belə ki, verilişinin son buraxılışında aparıcı Anarla qonaqları arasında maraqlı dialoq yaşanıb. Məlum olub ki, qonaqlardan biri müğənni Emil Bədəlov uzun illər aparıcı Anarla küsülü olub.

Proqramda bu küsülülüyün səbəbi açıqlanıb.

Müğənni Nazim Məmmədovun sözlərinə görə, olay illər öncə yaşanıb:

“Emil gəlib dedi ki, Space radiosuna canqllar yazmalıyıq. Anar bizi efirdə təqdim edəcək və biz çıxıb bunları açıqlayacağıq. Biz mahnıları yazdıq. Öz işimizdir deyə demirəm. Həqiqətən də ortaya gözəl işlər çıxdı. Emil də onları səsləndirdi və studiyada yazıldı. Daha sonra biz efirə çıxa bilmədik”.

Aparıcı Anarın sözlərinə görə isə, avqustun 30-da Emil ona zəng edərək məclisinin olduğunu, bu səbəbdən verilişə gələ bilməyəcəyini açıqlayıb:

“Sonrasına gəlincə, biz Nazimlə yendən danışıb güldük ortada sən qaldın”.

E.Bədəlov isə məsələyə öz prizmasından yanaşıb:

“Bir neçə gündən sonra Anar mənə zəng edib dedi ki, gəl bu canqlları təqdim edək. Nazimlə gələcəyimizi bildirəndə yox dedi. Tək gəlməyimi istədi. Mən cavab olaraq Nazimin beş canql bəstələyib studiyada yazdığını, hazırladığını bildirib həmin dəvəti qəbul etmədim”.

 

VİDEO:

 

 Fotolar Leyla Dostəlizadənindir

Share: