Müəllifdən Harri Potteri boykot etmək çağırışına maraqlı cavab

Harri Potter kitablarının müəllifi C. K. Roulinq transfobik olması ilə bağlı dediklərinə reaksiya verəndə serialın yeni adaptasiyası boykot çağırışlarına məruz qalıb. Müəllif boykot çağırışlarına ələ salaraq cavab verib.

Kulis. az xarici mediaya istinadən xəbər verir ki, Warner Bros. bu yaxınlarda orijinal Harry Potter ssenarisi ilə 10 illik bir serial çəkəcəyini açıqlayıb. Serial Warner Brosun Max rəqəmsal platformasında yayımlanacaq. Şirkət Roulinqin serialın icraçı prodüseri olacağını da açıqlayıb. Serialla bağlı xəbərlər serialın pərəstişkarlarını həyəcanlandırsa da, Roulinq son zamanlar verdiyi açıqlamalara görə transfobik olduğu üçün tənqid olunduqdan sonra bəzi qruplar seriala qarşı boykot çağırışı edib.

Qeyd edək ki, transfobik olduğu üçün tənqid olunan yazıçıdan cavab gecikməyib. Roulinq sosial mediadakı reaksiyalara qarşı “Adını çəkdiyim fəallar bu dəfə Harri Potter serialını boykot etməyə çalışırlar. Mən çoxlu şampan ehtiyatı görmüşəm” deyə yazıb. Daha sonra məşhur yazıçı bu vəziyyəti ziyafətlə qeyd edəcəyini bildirib.

Harry Potter'ı boykot çağrısına JK Rowling'den ilginç yanıt - 5

Share: