MPA Mükafatlarının qalibləri açıqlandı

İyun ayında Vaşinqtonda MPA qərargahında baş tutacaq tədbir keçən il kino, televiziya və media sənayesinə mühüm töhfələr vermiş şəxsləri qiymətləndirmək üçün nəzərdə tutulub.

Kulis.az Deadline-a istinadən xəbər verir ki, rejissor-ssenarist Cina Prins-Baytvud, Nümayəndələr Palatasında azlıqların lideri Hakim Ceffris və Mexiko qubernatoru Klaudiya Şaynbaum Pardo Kino Filmləri Assosiasiyasının MPA Mükafatlarının qalibləri olub.

Qeyd edək ki, ilk mükafatlar rejissor Nikyatu Jusu, qubernator Fil Merfi və senator Tom Tillisə verilib.

Share: