Moskva inqilab? – Həbslər var

Moskvanın mərkəzində 200-dən çox insan həbs edilib.

Müstəqil.Az xəbər verir ki, həbslər həmçinin Sankt-Peterburq və Krasnoyarsk şəhərlərində də baş verib.

Məlumata görə, təkcə Moskvanın Manej Meydanında aksiya keçirtməyə cəhd edən 40 nəfər polis tərəfindən saxlanılıb.

Xatırladaq ki, 3 noyabrda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları hazırda mühacirətdə olan siyasətçi Vyaçeslav Maltsevin rəhbərlik etdiyi “Artilleriya hazırlığı” blokunun təxribat planlaşdıran üzvlərinin saxlandığını açıqlamışdı. Ölkədən qaçan Maltsev isə 5 noyabrda Rusiyada inqilab olacağını bildirmişdi.

Müstəqil.Az 

Share: