Moskva Dövlət Universitetinin rektoru: “Biz fundamental təhsili səlahiyyətlərə dəyişdik”

6 martda Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçiy Rusiyanın Voronej şəhərindəki ali məktəblərin nümayəndələri ilə görüşmüşdür. Görüşdə Rusiya təhsilinin qarşısında duran vəzifələr və çağırışlar müzakirə olunmuş, Rusiyaya dünyanın ən savadlı milləti titulunun qaytarılmasının yolları göstərilmişdir. Viktor Sadovniçiyin ən parlaq sitatları “AiF” qazeti tərəfindən dərc edilmişdir.

Müstəqil.Az Görkəmli alim, pedoqoq, Rusiya elm və təhsilinin korifeyi olan  Sadovniçiyin ifadə etdiyi fikirlərin Azərbaycan təhsil sistemi üçün də aktual olduğunu nəzərə alaraq onu çıxışından fraqmentləri politoloq Əlimusa İbrahimovun təqdimatında Azərbaycan dilinə tərcümədə təqdim edirik.

Boloniya sisteminin tənqidi haqqında.

 “Biz təhsil reformasında çox səhvlər etmişik və imkanları əldən buraxmışıq. Mayatnik kimi, bir küncdən digər küncə tullanırıq. Sovet İttifaqında təhsil sistemi unikal idi, o özünü sübut etmişdi. Sonra biz təhsilimizin fundamentallığını itirdik, onu “səlahiyyətlər” məfhumu ilə əvəz etdik. Biz həmişə onunla güclü idik ki, tələbələrə əzbərçiliyi və “səlahiyyətlərı” öyrətmirdik. Biz onlara düşünmək, fikirləşmək, şübhə etmək, dəf etmək öyrədirdik. Belə olan halda tələbə layiqli alim və mütəxəssisə çevrilirdi. Bu bizə kosmosda və digər istiqamətlərdə kömək etdi. Amma sonra biz başqa sistemləri, məhz dünyada mıvcud olduqları üçün, köçürməyə başladıq.”

Rektor təhsil sistemindəki böhran haqqında

 “Boloniya sisteminin tərəfdarı olmadığımı gizlətmirəm. Taleyim elə gə- tirmişdi ki, bu sistemin Avropa rektorları Konfransında Lissabonda ilk müzakirəsində iştirak etmişəm. Bütün rektorlar bu fikirdə idilər ki, hər bir universitetin original olduğunu , onların birləşdirilməsinin mümkün olmadığını qəbul etmək lazımdır. Sonra Boloniyaya maliiyyə nazirləri və xarici işlər nazirləri toplaşdılar və elan etdilər ki, onların ölkəsinə miqrant axını hücum çəkir və heç bir dəyəri olmayan diplomlar təqdim edirlər. Boloniya sistemi əmək miqrasiyası üçün lazımdır və siyasi düşüncələrdən dolayı tətbiq olunub.

Amma bu Avropa cəmiyyətidir. Bunu kopyalamağın nə mənası var? Mən yeni reformalara çağırmıram, lakin təhsilin fundamentallığını, əhəmiyyətini, ola bilsin ki, müddətini artırmağın zamanı yetişib. Biz buna gəlməliyik. Baxmayaraq ki, Birləşmiş Dövlət İmtahanı əyalətlə mərkəzin qovuşmasına yardım edir. Biz başlanğıcda çoxlu səhvlər buraxdıq. İndi vəziyyət düzəlir. Amma hesab edirəm ki, bu son deyil. Biz BDİ-ni tamamlayan öz daxili imtahanımızı keçiririk. Biz kimin bizə daxil olduğunu bilmək istəyirik”

Universitetin üç missiyası var: akademik, elmi və ictimai. Universitet elmlə cəmiyyətin arasında ilgəkdir, o cəmiyyətə, regiona xidmət etməlidir.

Viktor Sadovniçiy

 

Beyin axını haqqında

 

“90-cı illərdə mexanika-riyaziyyat fakültəsini bitirən riyaziyyatçıların 25 faizi Amerika Birləşmiş Ştatlarına getdi. Bu gün çoxları qayıdır və getdikləri üçün peşmanlıq çəkirlər. Mənim kurs yoldaşım, gözəl insan, beynəlxalq olimpiadaların qalibi Andrey Leman Amerikaya getdi. 30 ildən sonra məzunlarla görüşdə ondan  Ştatlarda nə iş gördüyünü soruşdum. “ Mən mühəndisəm. Mühəndis kimi gəldim , mühəndis kimi də çalışıram”-deyə cavab verdi. Elmi iş müdafiə etməyib, fikirləşib ki, vətənə dönər. Orada səni gözlədiklərini düşünmək lazım deyil. Başqa bir kurs yoldaşım da getdi. İndi qayıdıb və işə düzəlməyə çalışır. Əlbəttə, getmək, əlaqə qurmaq, təcrübə toplamaq lazımdır. Amma sizin doğulduğunuz, boya-başa çatdığınız  yerdəki beryoza ağacını heç nə əvəz etməz.”

Hümanitar fakültələrə qəbulun azaldılması haqqında

Dil millətin özünüifadəsidir.  Zənnimcə Olqa Yuryevna (Vasileva, RF Elm və Təhsil Naziri, red. ) bunu bilir. Görünür Elm və Təhsil nazirliyində indi prioritet mühəndislik ixtisaslarına, rəqəmsal iqtisadiyyat, nanotexnologiyaya verilir. Amma bunlar filologiya və tarix fakültələri hesabına baş verməməlidir.”

Tarixin tədrisi ilə bağlı

“ Elmin üç strateji sahəsi mövcuddur ki, bunlarsız ölkə yaşaya bilməz- riyaziyyat, rus dili və tarix. Mən rektorlar şurasının diskussiyasında iştirak etmişəm. Burada müxtəlif regionlardan 120-yə yaxın nə barədə yazıldığı məlum olmayan tarix kitabı təqdim olunmuşdu. Bu bizim ölkənin və rus ruhunun məhv edilməsinə yönəlmişdi. Sonra sındırılmış parçaları birləşdirməyə başladılar. 2-3 kitab yaratmaq cəhdləri var. Zəngləri daha möhkəm çalın! Bəli, indi məhdud sayda dərsliklər nəzərdə tutulur, müxtəlif maneələr meydana çıxır, nəşriyyatların, biznesin, siyasətçilərin mübahisələri. Bütün bunlar hamısı yeniyetmələrdə-məktəblilərdə, tələbələrdə əksini tapır. Tarixə soyuq münasibət yolverilməzdir. Yoxsa belə çıxar ki, biz – ən pis ölkəyik ki, hamıya hücum etmişik. Oryolda İvan Qroznıya heykəl qoyulanda nə hay-küy qaldırmışdılar? Ola bilər, o qəddar olmuşdur. Amma ingilis kralları heç də az insanları qətl etməmişlər, buna baxmayaraq onlara hər küçədə heykəl qoyulub. Çünki, tarixi qorumaq lazımdır.”

Məğlubiyyət və gələcək uğurlar haqqında

Bu günkü təhsilin qarşısında duran çağırışlar- müəllimlərin şəraiti, məktəblinin trayektoriyası və orta peşə təhsilinin vəziyyətidir. Vaxtında biz mavi yxalıqları itirdik. Biz var gücümüzlə çığırırdıq:” Texnikum və peşələri dağıtmayın”. Dağıtdılar, özəlləşdirdilər. İndi biz dağılan zərrəcikləri toplayırıq.  World Skills və digər müsabiqələri təşkil edirik, yenə də sıfırdan. Bu bizim xüsusiyyətimizdir-dağıtdıq və sıfırdan başladıq. Başa düşürük, Orta Peşə Təhsili keçmişdəki texnikumlardan fərqlidir. Universitet təhsilində müəyyən ardıcıllıq mövcuddur: 10 federal , 29 milli tədqiqat, 33 yardımçı ali məktəb var. Əlbəttə, aparıcı universitetlərə yardım etmək zəruridir, lakin digər  universitetlər də  inkişaf etdirilməlidir, onlar hamısı lazımdır. Şükür Allaha bu gün bu məsələ prioritet hesab olunur. Demək olmaz ki, asan olacaq. Amma düşünürəm ki, təhsil sistemi güclü korporasiyadır. Biz təhsil sahəsində aparıcı dövlət olacağıq. Sadəcə bizdə istedadlar çoxdur, hər şeyimiz var, biz çox bacarıqlı millətik”.

Əlimusa İbrahimov

Politoloq

 

 

 

Share: