Monteneqro altı rusiyalı diplomatı ölkədən qovur

Monteneqro altı rusiyalı diplomatı “persona non-qrata” elan edib.

Bu barədə respublikanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin Monteneqroda akkreditə olunmuş altı diplomatını iki ölkə arasında diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına zidd hərəkətlərə görə persona non-qrata elan edib”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ukraynada müharibənin başlamasından bəri rusiyalı diplomatların qərb ölkələridən qovulması adi hal alıb.

Mənbə: life.ru

 

Share: