Monitorinq göstərdi ki… – Rövşən Novruzoğlu yazır

Azərbaycanda xüsusi işlər üçün ermənilər aldadıcı saxta ictimai rəylər formalaşdırır

Həmişə istədiniz ki, təyin olunmuş rəhbəri ayaqlayıb, irəli çıxasınız. Amma Allah imkan vermədi. Allah Sizi seçmədi, sizi bəyənmədi. Çünki Sizin qəlbiniz möhürlənib, daşlaşıb.

Biz təqribən dörd ay bundan qabaq bu məsələ ilə bağlı ciddi yanaşmalardan və təhlillərdən danışdıq.

Misallar da gətirdik. Söhbət ölkənin kadrların seçilib yerləşdirilməsindən, təyinatlarından…

Qoyulan vəzifələrə təyin olunan kadrların sədaqətindən, Vətən, dövlət və rəhbər məhəbbətindən, eləcə də xəyanətlərindən… danışdıq.

Respublikanın doqquz streteji rayonunda monitorinqlər keçirtdik. Qərarımızı nəticələrə görə qətiləşdirdik.

Məlum oldu ki, ümumilikdə kadr siyasəti 70 faiz özünü doğrultmur. Kadrlar ən adi mühakimələr vaxtı suallara yarıtmaz cavablar verirlər, işlədikləri əraziləri insanları yaxşı tanımırlar, Prezident siyasətini dövlətçilik əngəllərini geniş təhlil etməyi bacarmırlar.

Prezident üçün seçən kimlərdir?

Bu ölkə başçısına qarşı pərdəarxası aparılan düşmənçilik siyasətindən başqa bir şey deyil.

Bu məsələlərə qayıdacağıq. Nə üçün Prezident ailəsi Heydər İlham oğlu Əliyev haqqında geniş savada və hərtərəfli təhlillər aparmalı, beynəlxalq münasibətləri, yüksək insani keyfiyyətləri, ləyaqəti və şərəfi ilə tanınıb, seçilən, Dövlət Təhlükəsizlik Akademiyasının məzunu…

Heydər İlham oğlu Əliyev haqda hələlik tam fikri formalaşdıra bilmir. Ona imkan yaradan, cənablar. İnsanlarla təmasda olsun, görüşsün, ən azından öz yaşıdları ilə fikirlərini bölsün, ölkənin dinc qurucular işlərində, təhlükəsizlik məsələlərində yardımçı olsun, iştirak etsin. Nəyi və kimi gösləyirsiz? Yəni Heydər İlham oğlu Əliyev Türkmənistan, Tacikistan, Özbəkistan prezidentlərinin övladları qədr savada, idarəçilik siyasətə malik deyil?

O, kimdən-yəni hansı respublikanın prezident övladından dünyagörüşcə, insanlara münasibətlərində, elmində baş verən hadisələrin şərhində geridədir?

İmkan verin, cənablar… qoyun irəli çıxsın… Dar çərçivədən onu xilas edin, ona geniş meydanlar verin.

Məsələn mənə elə gəlir ki, bunun üçün Heydər İlham oğlu Əliyev – Prezident övladı birinci addımını təhsil aldığı Akademiyadan başlamalıdır. Bu ölkənin gələcəyi üçün vacib bir addımdır. Ordan başlanan yol çox vacib bir strateji yoldur və onun haqqında mənfi düşünənlər üçün mühüm cavab olar.

Fikrimcə vaxtdır. Düşmən artıq oyaqdır, o yatmır. Prezident övladı atasının yanında olmalı, düşmənə ən azından baba, ata siyasətinə qarşı çıxanlara amansız və cəsarətli mövqedə dayanmalıdır. Ona imkan verin… sözünü desin. Məsələn, Aşqabadı, Daşkəndi, Düşənbəni, Minskini, Kremli utandırmaq vaxtı deyilmi?.. Fimrimcə Əliyevlər ailəsində genetik cəhətdən yüksək əxlaqa, özünəməxsus zəngin mənəvi dəyərlərə malik, Vətən, dövlət və millət üçün… əslində Heydər Əliyev kimi kadr yetişib…

O, gəlib. Ona imkan yaranmalıdır ki. sözünü desin. Ən azından cəmiyyətə, siyasi və iqtisadi elita ilə fikirlərini bölsün. Digər tərəfdən Azərbaycanın düşmənləri üçün (həm daxildə, həm də xaricdə əyləşib, onun-bunun artığı ilə “böyüyən”lərə imkan verilməsin) pərdələr götürülməsin. Saxta ictimai rəylər formalaşmasın. Ona görə ki, saxta, paxıllıq və əclaflıqla yoğrulan ictimai rəylər sözün həqiqi mənasında anamızı ağladıb, qazanılmış qələbələrə kölgə salıb. Keçirilən monitorinqlərlə bağlı xüsusi rəylərlə bağlı yekun yazılarımız olacaq.

Rövşən Novruzoğlu,

professor, politoloq   

 

Share: