Monika Belluççi “Style Magazine” jurnalının üz qabığında çəkilən ilk qadın oldu – FOTO

İtalyan aktrisa və model Monika Belluççi “Style Magazine” jurnalının üz qabığına çıxan ilk qadın olub.

Müvafiq şəkillər jurnalın “Instagram”dakı rəsmi səhifəsində yerləşdirilib.

58 yaşlı Belluççi jurnal üçün “Dolce&Gabbana” obrazında poza verib. Onunla birlikdə şəkillər üzərində fotoqraf Loran Yumber və stilist Sesil Martin çalışıb.

“Mən xəyallarımın nəticəsiyəm”, – deyə nəşrin üz qabığında qeyd olunub.

Mənbə: gazeta.ru

Share: