“Monako”nun sabiq baş məşqçisi “Reyncers”i çalışdıracaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Monako”nun sabiq baş məşqçisi Filip Kleman Qlazaqo “Reyncers”in sükanı arxasına keçib.

Bu barədə Şotlandiya klubunun rəsmi saytı xəbər verib.

Qeyd edək ki, Kleman son klubu olan “Monako”nu bu yay tərk edib.

Xatırladaq ki, oktyabrın 1-də “Reyncers” baş məşqçi Maykl Bili istefaya göndərdiyini açıqlamışdı.

Share: