Moldova Rusiyaya uçuşları bərpa etməyi qadağan etdi

Moldovanın Mülki Aviasiya İdarəsi yerli aviaşirkətlərə Rusiyaya uçuşları bərpa etməyi qadağan edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Moldovanın Baş nazirinin müavini, infrastruktur naziri Andrey Spinunun sözlərinə görə, müvafiq qərar təhlükəsizlik məqsədilə qəbul edilib.

O xatırladıb ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Rusiya hava operatorlarına verilən bütün sertifikat və icazələri dayandırıb.

“Moldova Respublikasının Mülki Aviasiya İdarəsi, aviasiya təhlükəsizliyini təmin etmək məqsədilə 10 sentyabr 2022-ci il tarixində milli aviadaşıyıcılara Rusiya Federasiyasının hava məkanında daşımaların həyata keçirilməsini qadağan edən operativ göstəriş verdi”, – deyə o bildirib.


Share: