Moldova millisinin futbolçusu “Turan Tovuz”da

Azərbaycan Kubokunun yarımfinalçısı “Turan Tovuz” qış fasiləsində ilk transferini reallaşdırıb.

Sport24.az-ın məlumatına görə, bu, Moldova millisinin üzvü Denis Maradiçdi.

Belə ki, Portuqaliya vətəndaşı da olan 27 yaşlı futbolçu sol cinah müdafiəçisi mövqeyində çıxış edir. Bu isə tovuzlular üçün cari mövsümün ilk yarısında problemli mövqe oldu. Burkina-fasolu Ben Aziz Diao müdafiənin sol cinahında çıxış etsə də, son 2 ayda zədəli olduğuna görə oynamadı və qış fasiləsində müqaviləsinə xitam verilməsi qərara alındı. 

Maradiçə gəlincə, indiyədək peşəkar karyerası yalnız legioner həyatından ibarət olub. Belə ki, bunadək Portuqaliyada “Unao Leyriya”da , Sloveniyada “Sele”də, son olaraq isə Bosiya və Herseqovinada “Jrinski”də çıxış edib. 

Share: