Moldova gələn ay hava məkanını müvəqqəti bağlayır

Moldova iyunun 1-2-də hava məkanını bağlayacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Moldova Baş Polis Müfəttişliyi məlumat yayıb.

Bildirilib ki, qərar ölkədə Avropa siyasi ictimaiyyətinin sammitinin keçirilməsi ilə bağlıdır.

Həmçinin əlavə olunub ki, mayın 15-dən 25-dək Kişineu Beynəlxalq Aeroportunun yaxınlığındakı avtomobil dayanacağı xüsusi rejimdə fəaliyyət göstərəcək. Eyni zamanda aşağı mərtəbələrdə avtomobillərin parklanması qadağan olunacaq.


Share: