MÖHTƏŞƏM KİNO HEKAYƏTİ DİLƏ GƏLİR – Fəttah Xalıqzadə

MÖHTƏŞƏM KİNO HEKAYƏTİ DİLƏ GƏLİR – Fəttah Xalıqzadə

“Həqiqət yerini tutur. Bəstəkar Qara Qarayev” 

             sənədli filmi

1968-ci ildə C.Cabbarlı adına “Azərbaycan-film” kino studiyasında dahi bəstəkar QaraQarayevə həsr olunmuş gözəl bir sənədli filmistehsal olunmuşdu.  Çox sayda mütəxəssis vəmusiqisevərlərin diqqətinə layiq  görülmüşekran əsəri Q.Qarayev yaradıcılığının tədqiqi, təbliği  və tədrisi işlərində indi də geniş istifadəoluna bilən gözəl bir mənbə hesab olunur.  O uzaq 60-cı illərdə gənc olmuş istedadlı rejissor, Xalq artisti, İstiqlal ordenli O.Mir-Qasımov hələ25 yaşında ikən bu işin məsuliyyətini hissetmiş,  sənət dostu yazıçı   R. İbrahimbəyovlabirlikdə  həm də   ssenari müəllifi kimi çıxışetmişdir.

Ümumiyyətlə, dünyada və VətənimizAzərbaycanda bəstəkarlar haqqında sənədlifilmlər  az deyil, onlardan bəzilərinə baxmaqbu sətirlərin müəllifinə də nəsib olmuşdur – Stravinski, Messian, Q.Qarayev, Niyazi, F.Əmirov, F. Əlizadə və b.  Təbii ki, bu kimiekran əsərlərinin əsas məğzi bəstəkarınrəngarəng musiqi yaradıcılığını, ali insanikeyfiyyətlərini  və  onun bədii-estetikmövqeyini təqdim etməkdən ibarət idi. Buqəbildən olan filmlərdə adətən elminəsləhətçiyə də ehtiyac duyulur. Sözü gedənfilmdə isə həmin məsuliyyəti rejissor özboynuna götürmüş və bu vəzifəninöhdəsindən  məharətlə gəlmişdir. Zənnimizcə, qüdrətli sənətkarın yaradıcılığı və şəxsiyyəti  rejissora olduqcamüsbət təsir göstərmiş və  filmin məzmunvə formasında özünün bariz əksinitapmışdır. Qeyd edək ki, ekran əsərinin operatoru M.Mass, rəssamı K.Seyidov, səsoperatoru F.Bağırov,   montaj çəkilişləriicraçısı A.Milovdur. 2023-cü ildə filminingilisdilli variantı da yaradılmış və BakınınDənizkənarı parkında yerləşən möhtəşəmMuğam Mərkəzində geniş təqdimatıkeçirilmişdir.   

Film ilk dəfə nümayiş etdirildiyi zaman mənyeniyetmə məktəbli kimi onu diqqətlə seyretsəm də, əsərin  sanbalını təbii ki. tam dərk etmməişdim. İndi isə bir musiqişünas kimi özgörüşlərimi ifadə etmək və orada səsləndirilmişbəzi mətnləri qələmə almaq  istərdim.

       “…Həqiqət yerini tutur. Bəstəkar QaraQaratev” filmi özündə böyük bəstəkarınyaradıcılığı ilə bağlı bir çox rəngarənghadisələri və incə məqamları  əks etdirirvə  mürəkkəb quruluşu ilə diqqəti çəkir. Kadrlarçox vaxt bir-birni təzadlı şəkildə əvəzləyir vətamaşaçının yaddaşında üst-üstə qalanaraqdolğun “polifonik” toxuma əmələ gətirir. Mətn, görüntü və əlbəttə ki, musiqi fraqmentlərininbirləşməsi belə bir təəssüratın əsasifadıçiləridir. Kino podtcmn (hekayəti) kimi düşünülsə də, kadr vəepizodların ardıcıllaşması xəttilik üsuluna tam uymur.

 Tamaşaçı bir epizodu qəlbi və zəkası ilə tam qavramadan, aldığı zəngin  təəsüratdan  doymadan onun ixtiyarına  başqa bir məzmun və formada yeni  epizodlar  verilir, beyinləri daima düşünüb-daşınmağa vadar edir. Belə bir informasiya yükü şübhəsiz ki, ssenarinin kinomatoqrafiya vasitələri ilə gerçəkləşdirilməsi nəticəsində mümkün olmuşdur.      

Vaxtikən sənədli  kino lenti dahi bəstəkarın o qədər xoşuna gəlmişdi ki, o, belə  layihələri arzulaya biləcək  digər rejissorlara da Oqtay Mir-Qasımovun  filmini bir nümunə kimi göstərmişdi. Q.Qarayev oğlu yaşında olan  gənc qohumunun işindən, ona ayırdığı qızıl kimi qiymətli vaxtından , söhbət və çəkilişlərdən  tam razı qalmışdı. Ceyran xalasının oğlu onun və başqalarının gözündə artıq uşaqlıq dövrünü arxada qoymuş, incəsənət almində məşhur bir sənətkara çevrilmişdi.

…  Bəsətəkarın yaradıcılıq laboratoriyasında gərgin əməyi ilə  başlayan kino əsəri və sonda veriləcək oxşar  kadrlar, musiqi dili ilə desək “Prelyudiya” və “Postlyudiya” kimmi filmi çərçivəyə alır, onun tamlığını və vəhdətini  müəyyən edir . “Çərçivənin” arasında təqdim edilən müxtəlif məzmunlu  epizodlar isə böyük sənətkarın yaradıcılıq qüdrətini və alicənab  surətini  parlaq şəkildə təcəssüm etdirir. Yaradıcılıq, telefon zəngi, foto-albomun səhifələri , məşqqlər, ifalar və söhbətlər  güclü assosiasiyalar oyadır, tamaşaçıların qəlbinə möhkəm daxil olur.

1.Foto -albomun vərəqlənməsi   Epizodlardan birində Q.Qarayev foto-albomu vərəqləyərkən qısa bilgilər verir. Fərəc Qarayev mənimlə etdiyi söhbətlərin birində dahi atasının mahir  bir fotoqraf kimi həvəsindən söhbət açmış, gündəlik məişətdə, doğma Bakıda və xarici olkələrdə çəkdiyi foto şəkilləri şifahən qeyd etmişdi. Bəstəkarın istedadlı fotoqraf kimi müxtəlif işlərini filmdə görən tamaşaçılar əlbəttə ki, xeyli məmnun qalmalıdırlar.

Foto şəkilləri izləyərkən Q.Qarayev   onların özünə məxsus olub- olmadığını   “bunu mən çəkmişdim, bunu isə mən çəkməmişdim”- deyə qeyd etmiş, məzmunu, məna və əhəmiyyətini  lakonik  şəkildə səciyyələndirmişdi.  Həmin işləri bədii fotoqrafiya  sənəti  kimi dəyərləndirsək, bəstəkarın indiyə qədər bəhs edilməmiş daha bir yaradıcılıq sahəsi haqqında müəyyən qənaətə gəlmək olar.

İrəliləyən kadrları seyr edərkən bu barədə baş qaldıran bütün təəssüratları dilə gətirmək mümkün olmasa da, biz onların bir qisminə  müəyyən yer ayırır, fotoların şərti  adlarını isə dırnaq içinə alırıq. “Qoca ağac”ın obrazı  yeni pöhrələri ilə öz ömrünü  davam edir,  ABŞ-ın “San-Fraansisko körpüsü” fotoqraf-bəstəkarın nəzərində maraqla baxılır.  “Nyu-Yorkun bir göydələni” müəllifin dediyinə görə “qəsdən  yıxılan bir ruakursda çəkilmişdir”. Daha sonra baxdığımız Misir motivləri  “İsgəndəriyyə şəhərinin dənizkənarı massivi”, “Fironun zövcəsi”, Luksoqor abidəsinin bir fiquru(???) və   “Bədəvi ərəb   səhrada uzunqulalqrə iləbirlikdə”  fotoları ilə təmsil olunmuşdur.  Həbəşistandan  çoxşaxəli ağacın qış mövsümündə çılpaq  görüntüsü də təsadüfi deyildir. Q.Qarayevin foto albomunda Bakı bağlarının bəzəyi olan “İncir ağacı” və “Meynə”   quru, yarpaqsız təsvir olunsalar da,  canlılığı və dialktikası ilə bəstəkarı  heyrətə gətirir – .axı, yay mövsümünün sonunda onların yetirəcəyi şirin meyvələr əsl can dərmanıdır.

 2. Nuxa folklor ekspedisiyası.  Kino kamerası Şəkinin/ Nuxanın təkrarsız və panoramasına çatır. Bu anda  Q.Qarayev özünün nostalji  hisslərini “Aa, da!!!” (“Bəli, bəli!!!”) replikası ilə ifadə etmişdir. Axı, o  təxminən otuz il qabaq(1937)  bəstəkar C.Haciyev və musiqişünas M-s.İsmayılovla birlikdə rayonda keçirilmiş folklor ekspedisiyasının rəhbəri olmuşdu – 19 yaşında ikən! Elmi Tədqiqat Musiqi Kabinetinin (ETMus Kabineti -NİKMuz) yaradıcısı və rəhbəri Bülbül Q.Qarayevin şəxsiyyətinə yüksək etimad göstərib onu ekspedisiyanın rəhbəri təyin etmişdi. O isə  özünün alicənablığı və təvazökarlığını bu halda da büruzə vermiş, ekspedisiyanın üzvlərini öz yoldaşları kimi  təqdim etmişdi.

 O.Mir-Qasımov  foto və kino kadrlarının köməyi ilə uzaq illərin ekspedisiya layihəsini və abü-havasını ustalıqla canlandırır. Filmdə  o zamankı Nuxanın folklor həyatı, yerli  zurnaçıların ağsaqqalı olmuş Həbibullah Cəfərovun məharəti və qədim sənətə qarşı  bəstəkarın   münasibəti əsl sənədlər kimi öz əksini tapır. İndi də Qarayevin ürəkdən gələn “Bəli,  bəli!” sözləri ilə başlayan adi  söhbətini təqdim edirik.

“Biz respublikanın rayonlarına səfərlər edirdik, bəli , bəli. 1937 -ci ildə mən və  hələ çox gənc olan yoldaşlarım( sütül gənclər зелёныe ребята ) Nuxa rayonunda  folklor ekspedisiyası təşkil etmişdik.  Kəndləri dolaşarkən  mahir zurnaçalar dəstəsinə rast gəldik. Onlar  heyrətamiz musiqiçilər kimi diqqətimizi cəlb etdilər Hamısı əla vituoz idilər,     adam valeh olurdu.   Solist [ustad]  isə Cəfərov idi.

       Zənnimcə,  eyni  ilin yayında  Moskvanın Qızıl Meydanında  Ümumittifaq Bədən tərbiyəsi nümayişi keçirilməli idi.  Ağlıma belə bir cəsarətli fikir gəldi.

Bildiyiniz kimi , zurnaçılar improvizə edir,  heç bir not tanımırlar.  Mən həmin  dəstəni Nəfəs alətləri orkestri ilə birləşdirmək qərarına gəldim və böyük   bir eksperimentə getdim – bəlkə də  indi bunu etməzdim.

Əsərin bütün hissələrini orkestr üçün yazmışdım. İti templi milli rəqs kimi gedən sonuncu hissədə isə Nəfəs alətləri orkestrinə  Cəfərovun zurnaçılar dəstəsini  əlavə etdim. Kulminasiya anında Nəfəs alətləri müşayiət edir,  xalq musiqiçiləri (ustad zurnaçı Həbilullah dayı, dəmkeş və nağaralar- F.X.)  daxil olurdu  Bilirsinizmi, necə də zoralınmışdı?!

 

3.Sona xanım oğlunun  uşaqlıq dövrübarədə. Hər bir sənətkarın tərcümeyi-halındauşaqlıq dövrü  xüsusi maraqdoğurur.Sənətkarların gələcək taleyi məhzhəmin dövrdə məlum olur.  Bu mənada filminyadda qalan ən səmimi parçalarından biri Sonaxanımın şirin söhbətlərindən ibarət deyilmi? Özünün bədii şeir yaradıcılığının  evladlarınınxalq üçün  tərbiyəsinə qurban vermiş Anadeyərdi : “Bəs xalq üçün faydalı evladlartərbiyə etmək yaradıcılıq deyilmi?”

 Sona İsgəndər qızı Axundova-Qarayeva(1898-1971) əsilzadələr nəslinndənidi. İsgəndər bəy Axundovla ZüleyxaBayraməlibəovanın qızı  olan Sona BakınınQızlar məktəbində və “Müqəddəs Nina”nınsiniflərində təhsil almış, musiqi məktəbində isə fortepiano dərsləri keçmişdir. Onun musiqi vəşeir sahəlrində qabiliyyəti də məlumdur.    Sonaxanım körpə balasına  həmişə nəvaziş göstərər, onahəzin  laylalar, mahnılar oxuyar, piano  çalardı.  Oxumalara çox alışmış  körpə balası da mahnılara və ümumiyyətlə musiqiyə canlımaraq göstərərdi.

Sona xanımın bu səriştəsi ona çox şeyöyrətmişdi. O uşaqlar üçün oxumağın faydasıbarədə digər analara da tövsiyə edirdi.

 Qara  yaş yarımlıq  körpə ikən özününmusiqi qabiliyyəti ilə ananı və yaxınqohumlarını heyrətə gətirmişdi. O, dünyanınneft paytaxtı Bakısının küçələrində səsləndirilənmahnıları,  marşları dinləməyə can atarkən, anası onu  evlərinin balkonuna çıxarardı. Beləcə, kiçik yaşlarından onun musiqi yaddaşıvə eşitmə qabiliyyəti inkişaf edirdi.

Bir gün Sona xanım oğlunu da özü ilə  qonaq aparır. Bacısı körpənin oxuduğunueşidib təəccüb içində dilə gəlmişdi: “Bacı, bacı, oğlun mahnı oxuyur ey!” Sən demə, o balkondan eşidiyi mahnını hafizəsində saxlamışvə onu sadə qımıldanışları ilə təqlid edəbilmişdi.

       Təbii ki, Sona xanım istedadlı oğlununmusiqi təlim-tərbiyəsi barədə ciddi düşünür  vəonu   özünün keçmiş  müəllimi Çernyaxovskayanın sinfinə gətirir. Artıq 7-8 yaşlarında Qarayev fortepiano dueti iləkonsertlərin birində uğurla  çıxış edir. Dinləyicilərin alqışlarını qazanan şagird  özsevincini  sözdən daha çox davranışları iləbildirir — o,   səhnədən enib  “Anacan!” deyəsevimli anasının  ağuşuna atılır. Sevincdənananın da  gözləri yaşarır. Sona xanım bu uğuruİsgəndər babasına çatdırmağa tələsir. O isə  “Çox keçməz ki, Siz onun adını afişaradagörəcəksiniz! ”(İ.Axundov)

       Tezliklə Qarayev ifaçılıqdan başqa  musiqiyaraıcılığına da güclü meyil göstərməyəbaşlayır. Bu da   dahi şəxsiyyət  Üzeyir bəyindiqqətindən yayınmır. 

Ay Sona xanım, okazıvayetsya sənin yaxşıkompozitor oğlun da var!

Üzeyir bəy, yəni, bu [doğrudan da ] belə olabilər?

Ola bilər! O,kompozitor olacaqdır!

Bu arada heç bir şərhə ehtiyac yoxdur. Musiqimizin peyğəmbərindən bu sözlərieşitmək ,  Sona xanım üçün necə də xoş idi!

4. Qara Qarayevin kəlamları.

Bildiyimiz kimi, Qara Qarayev  özündəbəstəkarlıq və müəllimlik istedadını birləşdirənnadir şəxsiyyətlərdən biri idi. Çox sayda yeni bəstəkarlarımız fərdi üslublarının cilalanmasınagörə məhz ona borcludurlar.

Filmin bir epizodu Qarayevinsinfində çəkilmişdir. Ustadın incədüzəlişlərindən sonra sanki möcüzə baş verir, onun əziz-xələf   tələbələri olmuş İsmayılHacıbəyovla Firəngiz Əlizadənin   bəstələri keyfiyyətcə dəyişirdi. Müəllim öz zəngintəcrübəsini və intuisiyasını səxavətləpaylaşmağı само обкрадывание hesab etsə də, təcrübə və bacarığını heç vaxt tələbələrdənəsirgəməzdi.

      Q.Qarayevin zəngin erudisiyası vədünyagörüşü böyük Vətənin musiqi dairələrinəyaxşı tanış idi. Deyilənlərə görə, RuzaYaradıcılıq Evində işləməyə gəlmiş adlı-sanlısənətkarlar  ondan dəyərli məsləhətləralmaq üçün uzun növbəyə düzülərdilər. Lakin  taleyin gərdişinə baxın! Xeyli vaxt Moskvadayaşamış azərbaycanlı sənətkar heç vaxt paytaxtkonservatoriyasında dərs deməyə dəvətalmamışdı…  

Filmdə Qara Qarayevin musiqi, tarix, incəsənət, fəlsəfə və etika məsələlərinə aid fikirləri adi söhbətlər əsnasında yer almışdır.

– Üzeyir Hacıbəyli haqqında

Какие бы превосходные степени  неприлагать к его имени, всё это поkaжется  недостаточными ” – “Biz  onun adına nə qədəryüksək təriflər söyləsək   də, bütün bunlar   kifayət etməyəcək! ”

– Bəstəkarlıq sənətinin tarixi vəmüasirlərin  yaradıcılıq mövqeyi.

Q.Qarayev misilsiz dərslərinin birində öztələbələrinə deyərdi : “ (…) tərəqqinin önsıralarında  getməyi keçmişin böyükustadlarından öyrənmək lazımdır. Özdövrlərinin mütərəqqi ideyalarını möhtəşəmbədii formalara salmağı da həmçinin…

Məsələn, götürək Motsartı. O həttayaradıcılıq yolunun əvvəlində mənimsədiyivasitələr dairəsini də  işləyə bilirdi. Əlbəttə, hərşey  mürəkkəbləşir, daha nəfis, dəqiq və dahafərdi [görkəm]  alırdı. Bu vaxt ərzində keyfiyyətinkişaf etsə də, [vasitələr] dairəsi olduğu kimiqalırdı. (…)

Bizim zəmanədə bəstəkar yeni ifadə vasitələriaxtarmalı, özündə güc tapıb[əvvəlki] yüküboynndan atmalı,  bir dəfə işlənilmiş  vasitələrdairəsindən çıxmlıdır. (…) 

Zamanımız daha  sürətlə gedir. o gərgindir, yeyindirr. Zaman  xəfif bir külək kimi yox, qasırğa kimi ötüb keçir. Biz hadisələrin, mürəkkəb situasiyaların burulğanındayıq,  tez-tez bir-birini əvəz edən əhval-ruhiyyələr, qələbələrin sevinci, məğlubiyyətlər, çətinlikləridəf etmək istəyindən ibarət burulğanda. Bütünbunlar zaman etibarilə tezləşdirilmişdir.

Bir nəslin, xüsusilə də XX əsrin ikinciyarısının bəstəkarları bir neçə [tarixi] musiqimərhələsi yaşamalı olurlar. Sənətkar zamanlabərabər irəliləmək istəyirsə,  özünü təkraretməməli, tempi artırmalıdır.    

3.Bəstəkar və dinləyici.

“Bəstəkar həmişə onu başa düşən ideal birdinləyicini təsəvvür etməlidir. Belə bir dinləyici haqqında ideal təsəvvürlər özünüdoğrultmursa və bəstəkar insanlardan ayrılırsa,  bədbəxtlik üz verir.

Əgər birisi həqiqəti səmimi şəkildəsöyləyirsə, əgər onda istedad qığılcımlarıvarsa, sənətkarlığa yiyələnmisdirsə və  insanlarademəyə sözü varsa, o  insanlardan ayrılmaz.

Heç kimin fitvasına getmək olmaz!. Məhdudtəsəvvürlərə uymaq  isə peşəyə qarşı düzgün münasibət deyil. Mən heç vaxt bununla məşğulolmamışam!

4. Sənətkarın xoşbəxtlik haqqındamülahizələri

1967-ci ildə dodekafoniya üslubundayazılmış ikinci əsərinin –  Violin konsertininuğurlu premyerası baş tutur. (Moskva DövlətKonservatoriyasının Böyük Zalı) Müəllifi əhatəetmiş sənət dostları və   jurnalistlərin   verdiyisuallardan biri Qarayev üçün çox maraqlı idi  –Siz xoşbəxtsinizmi?   

“Mən  özümə belə bir sual verməmişəm. Mənə elə gəlir ki, sənətkar və xoşbəxtlik[anlayışlarının] bir araya sığmasını təsəvvüretmək çox çətindir.

Sənətkar  tam xoşbəxtliyə   ya da məmnuniyyətə çatdığını hiss  edərsə, o zaman  hər şey dayanar. (Можно считать егоконченным  человеком) Onun kitabıbağlanmışdır, demək!

Məhz xoşbəxtliyə aparan  axtarış yolları, yaradıcılıq idealına çatmaqdan ötrü bütünçətinliklərin dəf olunması və  həmişə bizdənqaçan ideala can atmaq!  –  bax, sənətkarındaima getdiyi yol budur. Özündən narazıqalmaq  isə sənətkar üçün təbii haldır, onudaima irəli geməyə məcbur edir.

5. Bədii  ifaya nail olmağın bir vasitəsi

Məlum olduğu kimi, musiqiçilər inandırıcı ifaya nail olmaq üçün bəzən sözün qüdrətindəndə istifadə etməli olurlar. Musiqini sözlərlə  izahetməkdən xoşu gəlməyən Q.Qarayev gülməküçün onlara  bir əhvalat uydurur.  Söhbət  IIISimfoniyanın Nazim Rzayevin idarəsi  altındakeçən məşqi zamanı baş vermişdi. Əlbəttə, bədiiməzmunu konkret və əyani olmayan musiqinikonkret sözlərlə ifadə etmək olmur.Bununlabelə,  Q.Qarayev ifaçılardan öz istədiyini almaqüçün belə bir metoda əl atmış,  əziyyətlərbahasına bir qalmaqallı hadisədən sonra  həqiqəti  tapdığını, bəlkə ifaya və  əsərə faydasıoldu– deyə  onlara nəql etmişdi.

Kino lentinə bəstəkarın doyumsuz  musiqisiilə müşayiət edilən “Don Kixot” bədii filmindən“Saray” və “Yel dəyirmanları ilə döyüş” səhnələri  daxil edilmişdir. Film dahi bəstəkarınFortepiano prelüdləri, “Yeddi gözəl” və“İldırımlı yollarla” baletləri,  III Simfoniyası vəViolin konserti kimi şah əsərlərini, “Don Kixot” filminə yazılmış musiqinin ayrı-ayrıfraqmentləri vasitəsilə sənətkarın yaradıcılığına, dünya duyumuna, etik və estetik baxışlarını işıqtutur, elm və incəsənət xadimlərinin söylədikləridəyərli fikirləri tamaşaçıların nəzərinə çatdırır.

Sənədli ekran əsərində müsahibələr dəmüəyyən yer tutur. Onların arasında  Üzeyirbəyin peyğəmbərcəsinə söylədiyi uzaq görənfikirləri də yadda qalır.  Sevimli anası Sona xanım, dirijor Y.Svetlanov, Fransanın məşhur orqan ifaçısı Jan Giyü və məşhur tələbəsi ArifMəlikovun söhbətləri  maraq oyadır. Bəstəkarınyuxarıda qələmə aldığımız müxtəlif mövzulu düşüncələri xüsusi diqqətə layiqdir.   

Yekun 

Bütövlükdə,  gənc istedadlı rejissorun özsənət dostları ilə birlikdə  ərsəyə gətirdiklərifilm dolğun məzmunu və sənətkarlıqxüsusiyyətləri ilə yüksək mövqedə dayanır. Dünya miqyasında müasir bəstəkarlar(İ.Stravinski, O.Messian və b) haqqındaçəkilmiş kino lentləri içərisində “Həqiqət yerinitutur” lentinin özünə məxsus çəkisi və dəyəridanılmazdır.

Burada müxtəlif hissələrin təzadlıardıcıllığından hasilə gələn bütöv kompozisiyaeyni zamanda özünün tamlığı və üzvi vəhdəti iləseçilir. Filmi çərçivəyə alan ilk və son epizodlarbəstəkarın başlıca amalını, insanlar üçün yazıb-yaratmaq eşqini əks etdirirsə,  arada cərəyanedən bir çox hissələr onun musiqi əsərlərifonunda keçir..

Q.Qarayevin həyat və yaradıcılıq yolunun əndəyərli anlarını, parlaq və nəcib şəxsiyyətininməğzini  əyani formada təqdin edən “Həqiqətyerini tutur” sənədli filmində bir çox həqiqətləröz yerini tutur və böyük idraki əhəmiyyət kəsbedir. Ekran əsəri  bütün dünyada müasirbəstəkarlar haqqında yaranmış filmlər arasındaözünə layiqli yer tutur və onun ingilisdilinə  tərcüməsi ölməz Qara Qarayevin təbliğibaxımdan olduqca önəmlidir. Lakin bu hələazdır.  Elə bilirik ki, bu və başqa sənədlifilmlərin tərcümə versiyasından başqa dahasanballı resenziyalar, annotasiya və şərhlər dəçox milli auditoriyaya çatdırılmalı vəreaksiyalar izlənilməlidir. 

Share: