Mobil telefonlarda növbəti yenilik…

Ehtimal olunur ki, 5G internet standartına keçidimiz uzun zaman almayacaq.

Müstəqil.az xəbər verir ki, “Samsung” yaxın zamanda istifadəyə verəcək yeni ağıllı mobil telefon “Qalaksi Not 9”da 5G çipindən istifadə edəcək.

5G şəbəkəsinə keçid istifadəçilər üçün internet dünyasında yepyeni qapılar açacaq.

Cənubi Koreyada yayılan məlumata görə, “Samsung” LDS antenlər yerinə HRC antenlərdən istifadə edəcək. Bu antenlərin quraşdırılması internetin 5G standartına keçidini təsdiq edir. Lakin burada bir sual ortaya çıxır. Telefona daxil ediləcək modem bu antenləri dəstəkləyə biləcəkmi? Bu sualın cavabı avqust ayında, yəni şirkətin yeni məhsulunu təqdim etməsi zamanı açıqlanacağı gözlənilir.

Share: